Sülhməramlılar Qarabağı tərk edəcək, Azərbaycan Ordusu... - Rusiyalı politoloqdan İLGİNC AÇIQLAMALAR
Ötən həftə İrəvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclası keçirilib. Tədbirin qətnaməsiz, hətta sədrin bəyanatı olmadan başa çatması Ermənistan tərəfini narahat edib. Düzdür, erməni ekspertlər hələ də bir, hətta iki həftəyə qərarın çıxacağını gözləyirlər və bu, çox qəribədir. Çünki çıxışlardan aydın oldu ki, Azərbaycanın ərazi bütövlüyü heç kim tərəfindən mübahisələndirilmir, Laçın yoluna gəlincə isə, bir çox dövlətlər alternativ Ağdam-Xankəndi yolunu da qeyd ediblər.
DİA.AZ axar.az-a istinadla xəbər verir ki, rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bununla bağlı Oxu.az-a açıqlama verib. O bildirib ki, Ermənistanın mövqeyində böyük təməl ziddiyyət var və İrəvanın indiyədək olan fəaliyyətləri kimi, bundan sonrakılar da bu ziddiyyət çərçivəsində davam edəcək:
“Ermənistan anlayır ki, Azərbaycan güclüdür. Ölkə rəhbərliyi də əhalinin əksəriyyəti kimi Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına razıdır, çünki onlar özləri Azərbaycanla döyüşə bilmirlər, həmçinin, kənarda onlar üçün döyüşmək istəyən tapa bilmirlər”.
Politoloqun sözlərinə görə, bu səbəbdən İrəvan yollar axtarır ki, Qarabağı hüquqi baxımdan Azərbaycanın ərazisi kimi tanısın, amma eyni zamanda, bura faktiki və siyasi cəhətdən Azərbaycanın olmasın:
“Bunun üçün isə Bakı hansısa yolla (görünür, bəzi qüvvələrin təzyiqi altında) Qarabağın erməni icmasının muxtariyyətini tanımalıdır, bu muxtariyyətin qarantı isə Azərbaycan hökuməti və Konstitusiyası deyil, Ermənistanın dostu olan hansısa beynəlxalq strukturlar olmalıdır. Amma Azərbaycanın bu variantı həyata keçirməyə arzusu və ehtiyacı yoxdur. 2,5 ildən az müddətdə “Soçi razılaşmaları” başa çatacaq, Azərbaycan onları yeniləməyəcək. Bakı Rusiya sülhməramlı kontingentinə (RSK) görülən işlərə görə təşəkkür edəcək, ola bilsin ki, kimisə hansısa şücaətinə görə mükafatlandırsın, vəssalam. RSK Qarabağı tərk edəcək, daha sonra Azərbaycan Ordusu bu əraziyə daxil olacaq və Ermənistan silahlı qüvvələrini darmadağın edəcək. Amma bəlkə də, erməni qüvvələri bunun tamamilə əbəs olduğunu anlayaraq hətta döyüşlərə qoşulmayacaqlar. Deməli, Bakının erməni muxtariyyətini tanımasına ehtiyac yoxdur”.
Ekspert, həmçinin, Sovet Azərbaycanı çərçivəsində mövcud olmuş DQMV-ni xatırladıb:
“Hər şey çox pis bitdi. Erməni icması da Ermənistan kimi bu muxtariyyətdən sui-istifadə etdi. Onlar dəhşətli müharibəyə başladılar, nəticədə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, minlərlə insan həlak oldu. Bəs Azərbaycan niyə öz dövlətçiliyinin altına bu minanı qoymalıdır ki?!”
Tarix: 23-08-2023, 23:13
-
Dünən, 23:46
Qubad İbadoğlu siyasətdən getdi
-
Dünən, 23:13
“Veysəloğlu” MMC ölkədən külli miqdarda pul çıxarıb?
-
Dünən, 23:11
Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR - VİDEO
-
Dünən, 23:10
Talassemiyalı uşaqların 1 milyon manatını kimlər yeyib? - ürəkparçalayan məhkəmə işi
-
Dünən, 23:08
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM ) Milli QHT forumunu tərk etdi - BƏYANAT
-
Dünən, 23:06
5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur
-
Dünən, 23:05
“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi
-
Dünən, 23:00
“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat
-
Dünən, 22:27
Bərdə Rayonun Yolları "Göl" içində... - VİDEO
-
Dünən, 22:17
Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – Şübhələr oxları bu ölkəyə yönləndirir
-
Dünən, 18:19
Nazirliklə keçmiş rəis arasında məhkəmə davam edir - TƏFƏRRÜAT
-
Dünən, 18:00
Saleh Məmmədovun biznes imperiyası - SİYAHI
-
Dünən, 17:53
"Paketim varsa, internetə çıxışım niyə bloklanmalıdır?" - NARAZILIQ VAR...
-
Dünən, 17:45
TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata “Hyundai” alır - BAZAR OLSUN...
-
Dünən, 17:26
Yasamalda yaşayış binasının zirzəmisində iş davam etməkdədir – Yasamal RİH susur, Komitə “qanunsuzdur” deyir – VİDEO
-
Dünən, 17:24
Slovakiyada atışma - Baş nazir yaralandı
-
Dünən, 17:12
Qarabağı konyakla “azad edənlər” – Onların planı bu idi
-
Dünən, 15:01
Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO
-
Dünən, 14:49
Şok Şok Şok: Ucar xəstəxanasında xəstəni girov götürdülər
-
Dünən, 14:38
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
-
Dünən, 14:36
Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... - Yerli qurumlar HARA BAXIR?
-
Dünən, 09:56
Rəcəb Babaşovun “unutduğu” Ağköynək kəndi - 1350 dollarlıq ayaqqabısını çamura bulamaq istəmir?
-
Dünən, 09:21
Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
-
Dünən, 08:51
Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
-
Dünən, 08:51
Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
-
Dünən, 08:06
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
-
Dünən, 08:05
DİN RƏSMİSİNDƏN ŞOK XƏBƏRDARLIQ - “Cinayətkar qruplar profil və səhifə paylaşımlarınızı izləyir...”
-
Dünən, 07:57
Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA
-
Dünən, 07:55
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
-
Dünən, 07:54
Bakıda bələdiyyə sədri RÜŞVƏT ALIB – Məhkəməsi başlayır
{sape_links}{sape_article}