Hadrutdan qaçan ermənilər geri qayıdacaq? – “Azərbaycan çalışır ki, ikinci yumruğa ehtiyac olmasın”

Hadrutdan qaçan ermənilər geri qayıdacaq? – “Azərbaycan çalışır ki, ikinci yumruğa ehtiyac olmasın”

“Mən də Şuşa və Hadrutdan gedən ermənilərin geri qayıtması ilə bağlı səslənən fikirləri oxumuşam. Lakin bu fikri doğru saymıram”.
Bu sözləri Yensiabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O, Qarabağdan – Şuşa və Hadrutdan qaçan ermənilərin növbəti perspektivdə yenidən geri qayıtması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Xatırladaq ki, bu iddia ilə politoloq Zərdüşt Əlizadə çıxıb edib. O bəyan edib ki, 2020-ci il müharibəsindən sonra Qarabağdan qaçan ermənilər mütləq həmin ərazilərə geri qayıtmalıdır. Onun bu fikirləri isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Öz növbəsində, V. Əhmədov deyib:
“Birincisi, ona görə ki, biz torpaqlarımızı yeni işğaldan azad etmişik, orada böyük quruculuq işləri gedir, dövlət başçısı mütəmadi Qarabağdadır, bu işlərə nəzarət edir. Biz nə Ermənistanla sülh müqaviləsi imzalamamışıq, nə də sərhədin delimitasiya-demarkasiyasını həll etməmişik. Bu gün dövlət başçısı çalışır ki, bu məsələni həll etsin və orada Qarabağda yaşayan ermənilərlə təmaslar olsun, onlar Azərbaycanın ərazi bütövlüyünü, bayrağını, himnini, Konstitusiyasını və pul vahidi qəbul etsinlər. Ondan sonra vəziyyət müsbətə doğru dəyişə bilər”.
Onun sözlərinə görə, son vaxtlar “Laçın dəhlizi” ilə bağlı yaranan problemlər, eləcə də Ağdam-Xankəndi yolunun istifadəyə verilməsindən sonra olan problem, hətta humanitar yardım adı altında qurduqları şoular göz qabağındadır:

“Əlbəttə ki, burada rus sülhməramlılarının da marağı var və bu, başadüşüləndir. Baxmayaraq ki, sülhməramlılar üzdə müdaxilə edirlər, arxada bu şəraiti yaradıblar. İkincisi, atəşkəs pozulur, yaralananlar var. Ona görə də ermənilərin hələlik Hadruta köçməsi mümkün deyil. Çünki sadaladığım bəzi məsələləri var ki, onları həll etməmişik. Eləcə də Xankəndi və digər şəhərlərimizdəki ermənilərin taleyi hələlik həll olunmayıb. Ona görə də bu məsələ ətrafındakı danışıqları qəbul etmirəm, nəinki oraya kiminsə köçürülməsi və s.”
Millət vəkilinə görə, bu gün Xankəndidən çıxan ermənilərin əksəriyyəti Rusiya vətəndaşı olan ermənilərdir:
“Ola bilər ki, təhlükəsizlik üçün bunu edirlər, amma yenə deyirəm ki, məsələ yekunlaşsın. Onsuz da sülh müqaviləsi imzalanacaq, amma Azərbaycan Prezidenti çalışır ki, bu məsələ sülh yolu ilə həll olunsun və ikinci yumruğa ehtiyac olmasın. Qısası, bu köç məsələsi ilə bağlı hələlik razı deyiləm. Gələcəkdə isə ola bilər, bu, başqa məsələ”.
“O ki qaldı Hadruta köçün hələlik olmamasına, mən bunun ermənilər üçün həyata keçirilməməsi məsələsinə inanmıram. Çünki dövlət başçısının bu məsələlərdə mövqeyi qətidir. Oradakı ermənilər bizə məxsus hər şeyi qəbul edəcəklərsə, heç bir problem yoxdur, yaşasınlar. Bu dəqiqə Füzuli, Ağdam, Kəlbəcərdə böyük tikinti işləri gedir və qaçqınlarımız oraya yerləşdirilir. İkincisi də ermənilər onsuz da Qarabağda yaşayırlar. Onları qovan, dəyib-dolaşan yoxdur ki?”, – o, əlavə edib.
V. Əhmədov düşünür ki, bu problemi Ermənistan və onun havadarları yaradır:
“Böyük qüvvələr bölgədə sülhü istəmirlər. Çünki sülh müqaviləsi imzalanandan sonra orada sülhməramlılar qalmayacaq Ola bilər ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər Hadrutda yaşaya bilərlər, onlar üçün problem yoxdur. Amma kənardan kimsə gəlib orada yaşayacaq, bölgəyə köçəcək, mən bu xülyalara inanmıram”.
Tarix: 4-09-2023, 15:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}