Zəngəzur uğrunda hərbi əməliyyat olacaq? - “Gec-tez...”


"Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həllində hərbi güc tətbiq etməyə ehtiyac olacağını düşünmürəm". Bunu Metbuat.az-a açıqlamasında sülh prosesi ilə bağlı danışan Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılması böyük güclərin də maraq dairəsindədir: 
 
"Ona görə ki, Zəngəzur dəhlizinin açılması Qərbin, Rusiya və Çinin də marağındadır. Həm də bu dəhlizin açılması tərəflərə iqtisadi cəhətdən sərf edir. Həmçinin, Azərbaycanın sülh sazişindəki tələbləri beynəlxalq hüquqa da tam uyğundur. Odur ki, bu prosesin həllində hərbi əməliyyatlara, hərbi güc tətbiq etməyə ehtiyac olacağını zənn etmirəm. Ermənistan da gec-tez bu şərtlərlə razılaşmalı olacaq. Çünki bu, Rusiyanın da marağındadır və beynəlxalq hüquq bunu tələb edir". 
Tarix: 22-01-2024, 14:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}