Üçüncü Qarabağ müharibəsi riski: Zəngəzur ətrafında əməliyyatlar... – Polkovnik açıqladı

Üçüncü Qarabağ müharibəsi riski: Zəngəzur ətrafında əməliyyatlar...
Bu yaxınlarda Rusiyadan Ermənistana göndərilən “Smerç” raketləri ilə bağlı fərqli yanaşmalar gündəmə gətirilir. Bu, az qala Azərbaycanla Ermənistan arasında yeni müharibə hazırlığı kimi də şərh edilir. Hansısa müharibə risklərindən, Zəngəzur və yaxud şərti sərhəddə mümkün toqquşmalardan bəhs olunur.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bütün bunlar kimlərinsə gündəmə gətirdiyi məqsədli informasiyalardır:

“Hazırda heç bir müharibə təhlükəsi yoxdur. Ən azından bu il Azərbaycanla Ermənistan arasında silahlı toqquşma ehtimalı çox azdır. Çünki Azərbaycanda fevral ayında seçki keçiriləcək, ilin sonuna yaxın isə COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək”.

“Azərbaycanın Ermənistanla həll edəcək elə bir problemi qalmayıb. Sadəcə olaraq burada ajiotaj yaratmaq məqsədilə fikirlər səslənir. Rusiya üçün daha çox silah satmaq lazımdır. Kreml öz silah bazarını da gündəmdə saxlamağa çalışır. Ermənistana göndərilən “Smerç” raketləri isə əvvəlcə imzalanmış müqavilənin icrası ilə bağlıdır. Moskva verməli olduğunu indi hissə-hissə göndərir” - Polkovnik bildirib.

Üzeyir Cəfərova görə, Qazax və Naxçıvanın anklav və qeyri-anklav kəndləri üçün hər hansı müharibəyə ehtiyac yoxdur:

“Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bir neçə saata həmin kəndləri erməni silahlılarından tam təmizləmək iqtidarındadır. Bunun üçün isə “Smerç” raketləri və pilotsuz uçuş aparatına ehtiyac yoxdur”.
Tarix: 24-01-2024, 21:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}