SÜLHMƏRAMLILAR XOCALINI TƏRK EDİR - Yeni görüntülər yayıldı + VİDEO


Rusiya sülhməramlıları Xocalıda yerləşən müvəqqəti dislokasiya yerini tərk etməyə başlayıb. 
“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Belə ki, Rusiya hərbçilərinə məxsus yeni zirehli texnika karvanı Xocalı-Ağdam istiqamətində hərkətdə olarkən görüntülənib. Krvana BTR-lər, “Kamaz”larla yanaşı tanklar, hərbi tibb maşınları da daxildir.
Qeyd edək ki, Rusiya sülhməramlıları Goran stansiyasında təyin olunmuş yerə toplaşır, oradan isə qatarla Rusiyaya yola salınır.
Bir neçə gündür davam edən prosesdə xeyli sayda hərbçi və zirehli texnika Azərbaycan ərazİsini tərk edib. Kremlin açıqladığı məlumata görə, sentyabr ayının sonuna qədər proses tam başa çatacaq.



 
Tarix: 22-04-2024, 17:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}