Azərbaycanlı qadın Türkiyədə COVID-19-un ölümcül variantına yoluxub


Azərbaycanlı qadın Türkiyədə COVID-19-un ölümcül variantına yoluxub
10 mərtəbəli binanın bütün sakinlərini karantinə alıb
 
Türkiyənin Ordu şəhərinin Qolevi məhəlləsində yaşayan Azərbaycan vətəndaşında COVID-19-un yeni ölümcül variantı - “Delta” aşkarlanıb.
 
AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, tətildən qayıdan azərbaycanlı qadın özünü pis hiss edib. Aparılan test nəticəsində onun koronavirusun “Delta” variantına yoluxduğu məlum olub. Bundan sonra şəhər rəhbərliyi qadının yaşadığı 10 mərtəbəli binanın bütün sakinlərini karantinə alıb.
 
“20 mənzil karantinə alındı. Virus yalnız bir qadında tapılıb. Bütün lazımi təhlükəsizlik tədbirləri görülüb və dezinfeksiya işləri aparılıb”, - deyə şəhər rəsmisi bildirib.
 
Qeyd edək ki, mart ayının sonunda Hindistanda B.1.617 olaraq da bilinən ikiqat mutasiyaya uğramış yeni bir koronavirus növü aşkar edilib. “Delta” adlandırılan bu variant ilk dəfə aşkarlanan SARS-CoV-2 koronavirusundan daha yoluxucudur.
Tarix: 27-06-2021, 09:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}