“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir
Xəbər verdiyimiz kimi, Avstraliyanın Tazmanya və Viktoria ştatlarında “AstraZeneca” peyvəndinin ilk dozasını vurduran daha iki nəfərin qan laxtalanması səbəbilə öldüyü açıqlanıb.
Ölkənin dərman vasitələri sahəsini tənzimləyən təşkilatı TGA tərəfindən verilən məlumata görə, “AstraZeneca” peyvəndinin ilk dozasını vurduran Tazmanya ştatında 44 yaşındakı bir kişi və Viktoria ştatında 48 yaşındakı bir qadın qan laxtalanması səbəbilə ölüb.
Avstraliyada peyvəndləmənin başlamasından bəri tətbiq olunan 6,1 milyon doza “AstraZeneca” peyvəndinə bağlı olduğu qeyd edilən qan laxtalanmasından ölənlərin sayı artıq 6-ya yüksəlib. Ümumiyyətlə, bu peyvəndin öldürməsi ilə bağlı indiyədək çox fikir səsləndirilib.
Bir çox ölkələr hətta ingilis-İsveç birliyi vasitəsilə yaranan vaksinin qan laxtalanması yaratdığını açıqlayaraq, ondan istifadədən imtina ediblər. Hətta ad dəyişimi də kömək etməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndi istifadə üçün təsdiqləyib.
Maraqlıdır ki, ölüm hallarının bu peyvəndlə əlaqələnməsinin səbəbi nədir? Həqiqətən də mi,”AstraZeneca” öldürür?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Azər Nağıyev bildirib ki, bu sadəcə ölkələrin səsləndirdiyi fərziyyədən başqa bir şey deyil:
“Hər bir ölkədə yeniliklər olanda ona qarşı tənqidi fikirlər, şou xarakterli söz-söhbətlər olur. Lakin bir şəxsin fikri əsas götürülə bilməz. Heç bir elmi sübutu yoxdur ki, “AstraZeneca”nın ölüm faizi o birilərdən çoxdur. Bu, sadəcə bir fərziyyədir. Bu fərziyyə də bütün peyvənlərə qarşı səsləndirilib”.
ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diqanostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib ki, bütün peyvəndlər haqqında belə fikirlər mövcud olub, amma bunun heç bir elmi əsası yoxdur:
“Şəxsin peyvənd olunduqdan sonra ölməsinin birbaşa peyvəndlə əlaqəsi yoxdur. Mən peyvəndin öldürməsi ilə bağlı yayılan informasiyalara inanmıram. Çünki bu, elmi şəkildə əsaslandırılmalı, ortaya arqumentlər qoyulmalıdır. Meyidin üzərində analizlər aparılmalı, toxumalardan analizlər götürülməlidir. Belə şaiyə xarakterli fikirlər çoxdur.
Əvvəlcə “SinoVac”, sonra “Pfizer”, sonra “Sputnik V”, sonra AztraZeneca”ya qarşı belə fikirlər səslənidirildi. Hətta bu, artıq “AstraZeneca”ya qarşı səsləndirilən iddiaların ikinci partiyasıdır. Bunlar əsasını tapmayacaq şeylərdir. Burada biznes maraqları da ola bilər”.
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov isə deyib ki, peyvəndlərdən ölüm halları mümkündür, çünki hər kəsin orqanizmi fərqlidir:
“Ümumiyyətlə peyvəndlər kütləvi şəkildə istifadə olunduğu zaman ölümlər ola bilir. Avropa ölkələrində mətbuat və qeyri- hökumət təşkilatları bu kimi məsələlərə ciddi nəzarət etdiyinə görə ölüm halları ciddi araşdırılır və nəticə ortaya qoyulur. Çin kimi ölkələrdə belə məlumatlar açıqlanmır.
Çünki orada bu məsələlərə jurnalisti yaxın buraxmırlar, mediada yayılmasının qarşısı alınır. ABŞ 1 ay öncə belə bir statistik məlumat açıqlamışdı ki, indiyə qədər peyvənd edilən əhalidən 400 nəfəri vaksindən ölüb. Onlar həm də açıqlayıblar ki, bu şəxslərin əksəriyyəti ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslər olub.
Yəni belə hallar bütün vaksinlərdə olur. Heç bir vaksində ölüm halından sığortalanma olmur. Lakin bu da normaya uyğun olmalıdır. Məsələn, Amerikada 300 milyon insana vaksin vurulur və bunun da 400 nəfəri ölürsə, bu, pis statistika deyil. 400 nəfərə görə o qədər insanı təhlükədə qoya bilməzsən axı. Yəni tibbdə belə hallar olur.
Bəzi dərmanların da üzərində yazılır ki, bu preparatdan istifadə etdikdə müəyyən xəstəliklər inkişaf edir. Bu, kimin bəxtinə düşsə, orada nə həkimin, nə də bir başqasının günahı var. Çünki hər şəxsin orqanizmi bir cürdür deyə ölüm halları ola bilir. Amma çox insana bu kimi peyvəndlər, dərmanlar müsbət təsir etdiyi üçün onların verilməsi məqbul hesab edilir. Bu, bütün dünyada belədir”.
Tarix: 23-07-2021, 16:48
-
Dünən, 23:04
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
Dünən, 22:59
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 22:27
Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor məktəbi diskotekaya çevirib - VIDEO
-
Dünən, 22:21
YALTAQLIQ - Eldəniz Quliyev yazır
-
Dünən, 22:12
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
-
Dünən, 18:42
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
-
Dünən, 18:40
QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR
-
Dünən, 18:38
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
-
Dünən, 18:36
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
-
Dünən, 18:32
Müddətli həqiqi hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib
-
Dünən, 18:30
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
-
Dünən, 18:29
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
-
Dünən, 18:28
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq - QƏRAR
-
Dünən, 18:27
Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT
-
Dünən, 18:25
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
-
Dünən, 14:58
"Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...
-
Dünən, 14:20
Kredit götürən şəxs həlak oldu, bank onun qohumlarını... – Deputatdan açıqlama
-
Dünən, 14:17
Elvin Abbasovun Saxta diplomu yaxınlarını təşvişə saldı - Naziri kimlər aldadıb? -DE-FAKTO
-
Dünən, 14:14
Azərbaycan toylarında İSRAFÇILIQ: - Artıq qalan yeməklərin aqibəti necə olur?
-
Dünən, 14:11
Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı - SİYAHI
-
Dünən, 14:09
Sərhəddə dəyişiklik: Bu ərazilər Azərbaycana təhvil verildi - “Hraparak”
-
Dünən, 14:08
Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?
-
Dünən, 14:05
Əmlak Məsələləri Dövlət Xidməti “Rahatlığın Məkanı-Gold” MTK-nı məhkəməyə verdi
-
Dünən, 13:58
Elçibəyin Türkiyədəki tibb bacısı Bakıya gəldi və danışdı – VİDEO
-
Dünən, 13:50
44 günlük savaşdan 4 il keçsə də... - GƏNCƏ "YARALARINI" SARIYA BİLMİR...
-
Dünən, 13:49
“Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace", “Bulaq", “Dükkan" və “Təbiət" cərimələndi
-
Dünən, 12:53
"Mənim məsələm dəqiq deyil, amma..." - Mirmahmud Mirəlioğlu
-
Dünən, 12:51
Əsas təqsirkar Amerikadır - Cavad Zərif
-
Dünən, 12:36
" `Azercell` kimi cibgir bir özüdür..." - NARAZILIQ VAR...
-
Dünən, 11:08
Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
{sape_links}{sape_article}