Abşeron Mərkəzi Xəstəxanası dövlət dilimizi necə POZUR? - FOTOFAKT


Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısında yer alan lövhədə Azərbaycan dilinin normaları pozulub.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Xəstəxananın şöbələrinin adları qeyd edilən lövhədə “Acil şöbəsi” ifadəsi etiraz və narazılıq doğurub. Sosial şəbəkə istifadəçiləri dövlət xəstəxanasında dövlət dilinin qaydalarının kobud şəkildə pozulması ilə bağlı fotonun altında etiraz dolu şərhlərini ifadə ediblər və lövhənin dəyişdiriməsini tələb ediblər.

Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.

Ümid edirik ki, sözügedən tibb müəssisəsi dövlət dilimizin normalarının pozulması ilə bağlı problemi tezliklə aradan qaldıracaqlar.

Abşeron Mərkəzi Xəstəxanası dövlət dilimizi necə POZUR?

Tarix: 24-07-2021, 17:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}