Rusiya və Amerika alimləri şəkərin yeni müalicə üsulunu tapdı...

Rusiya və Amerika alimləri şəkərin yeni müalicə üsulunu tapdı...
Rusiya alimləri ABŞ-dan olan həmkarları ilə birlikdə iltihabi proseslərdə iştirak edən və yoluxucu, allergik və şiş xəstəliklərinin inkişafında rol oynayan “BLT1” leykotrien reseptorunun strukturunu müəyyən ediblər. 
 
Moderator.az  Lenta.ru-ya istinadla xəbər verir ki,  araşdırmanın “Nature Communications” jurnalında nəşr olunan nəticələri 2-ci tip diabet  xəstəliyinin müalicə üsullarının inkişafı üçün yeni bir yol açır.
 
Mütəxəssislər “BLT1”-in astma, qrip, artrit, ateroskleroz, şəkərli diabet və xərçəng də daxil olmaqla bir sıra xəstəliklərlə əlaqəli olduğunu aşkar ediblər. Reseptoru dərman vasitəsi olaraq istifadə etmək üçün çoxsaylı cəhdlər edilsə də, potensial dərmanlar bir sıra arzuolunmaz yan təsirlərə, aşağı effektivliyə malik olub və bədəndən uzun müddətə xaric edilib.
 
Tədqiqatçılar 2-ci tip diabet və digər iltihablı xəstəliklərin müalicəsi üçün hazırlanmış selektiv “MK-D-046” antaqonisti ilə birlikdə insan “BLT1”(hBLT1)-nin kristal quruluşunu təqdim ediblər. Alimlər molekulların əsas hissələrində qəsdən mutasiyalardan yararlanaraq reseptorun quruluşu və fəaliyyəti arasındakı əlaqəni təhlil edib və müxtəlif reseptor alt növlərinin liqandlara – “BLT1” ilə mürəkkəb komplekslər meydana gətirən kiçik molekullara bağlanma mexanizmini təyin ediblər.
 
Tədqiqatın müəlliflərinə görə, struktur haqqında məlumat hüceyrə membranında gizlənmiş reseptora liqandın daxilolma kanalını müəyyən etməyə və reseptora bağlanmanın mümkün yollarını təyin etməyə kömək edir. Bu, liqandların “BLT1”-i necə tanıdıqlarını anlamağa kömək edir və dərmanların hazırlanması üçün yeni imkanlar açır.

Tarix: 13-08-2021, 14:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}