Həkim: "Bu günədək “Pfizer” vurdurub koronaya yoluxan pasiyentim olmayıb" VİDEO





Pasiyentlərim arasında apardığım şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, “Pfizer” vurdurub xəstəxanaya düşən şəxs olmayıb.


Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Kamran Süleymanov deyib.
“Pfizer” vurdurub koronaya yoluxan şəxslər nə mənə müraciət edib, nə də xəstəxanada belə xəstə görmüşəm. Lakin “Sinovac” vurduranlar arasında xəstəxanaya müraciət edənlər olub. Burada bir nüans var ki, sözügedən peyvəndi vurduranların ikinci dozasının üzərindən 5 aydan artıq vaxt ötüb. Ona görə də ölkəmizdə revaksinasiya prosesləri gedir. İnsanlar bu prosesə cəlb olunsalar, daha yaxşı olar. Əvvəllər randevu olmasından şikayət edirdilər. Bu məsələni də həll etdilər. Bəzi mərkəzlərdə artıq canlı növbə sistemidir və şəxs istədiyi zaman gedib peyvənd oluna bilər", - deyə o bildirib.


Tarix: 17-08-2021, 20:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}