Daha koronavirusdan stresə düşmək, qorxmaq lazım deyil - Bu xəstəlik artıq ömürlük bizimlə yol yoldaşı olacaq


"Son günlər "Covid-19" və onun məlum ştammlarına yoluxma sayı artıb. Bu reallıqdır, lakin vəziyyətin ağırlaşması və ciddiliyini əks etdirən mütləq hal yox, yalnız statistika ilə təsdiqlənən nisbi reallıqdır. Odur ki, heç bir karantin tədbirlərinə əl atılmamalı və heç bir qadağa qüvvəyə minməməlidir".

Bu sözləri "Şərq"ə açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O qeyd edib ki, unutmaq olmaz ki, viral infeksiyaya yoluxmanın qarşısını karantin tədbirləri ilə müəyyən müddətə azaltmaq olar. Lakin tamamilə aradan qaldırmaq olmaz:

"Bu halda təkrar “alovlanma” qaçılmazdır. İnfeksiyanın tam sönməsinin başlıca şərti isə yalnız yoluxmanın əsasında duran səbəblərin aydınlaşdırılması, aradan qaldırılması, eləcə də müalicə və profilaktik tədbirlərin düzgün qurulmasıdır. "Covid-19"-a yoluxmanın yeganə yolu, birbaşa tənəffüs kontaktıdır".

Professor qeyd edib ki, digər həqiqət də odur ki, hər birimiz - istər bu xəstəliyi keçirməyənlər, istər keçirmişlər, istərsə də peyvənd olunmuşlar - "Covid-19-a artıq yoluxmuşuq, yoluxuruq və ya yoluxacağıq:

"Peyvənd “nisbi xəstəlik modeli” yaratmaqla infeksiyaya qarşı aktiv immunitet formalaşdırır. Bu hal "Covid-19"-a yoluxma ehtimalının qarşısını almır, yalnız yoluxma baş verdikdə, xəstəliyin simptomsuz və ya yüngül keçməsinə təminat verir. Hətta bu cür yoluxmalar əksər viral infeksiyalarda olduğu kimi, fəsli xarakter almaqla ildə iki dəfə və daha çox ola da bilər. Lakin son iki halda, yəni xəstəliyi keçirmiş və ya peyvənd alanlar üçün bu yoluxmaların qorxusu yoxdur. Çünki onlar təkrarən yoluxmada bu infeksiyanı yüngül və ya simptomsuz keçirəcəklər. Digər tərəfdən, müşahidələrim söyləməyə əsas verir ki, hazırda ardıcıl olaraq mutasiyaya məruz qalan "Covid-19" artıq bu xəstəliyi keçirməyən və ya peyvənd almayanlar üçün də ağır gedişli fəsadlara səbəb ola bilmir. Şübhə etmirəm ki, bu hal məlum qanunauyğunluqla əlaqədardır. Yəni əksər viral infeksiyalarda olduğu kimi, SARS-CoV-2-nin də təkrar yoluxdurma zamanı virulentlik və potensial fəallığı zəifləyir. Başqa sözlə desək, ən ağır viral infeksiyanın, ardıcıl yoluxdurduğu 3-cü şəxsdə letallıq əmsalı sıfırlanır. Odur ki, gigiyenik qaydalara əməl etmək şərtilə, "Covid-19" adı gələndə, stresə düşmək, qorxmaq, həyəcanlanmaq və gərginlik keçirmək lazım deyil. Çünki "Covid-19" son bir il yarımda o qədər “bəlağətlə” tərənnüm olunur ki, hətta bu sözü eşidən insanda yaranan “ölüm qorxusu”, ruhi sarsıntıya, xronik xəstəliklərin aktivləşməsi, mübadilə və kəskin mədə-bağırsaq pozğunluğu, hətta kəskin saç tökülməsinə belə səbəb ola bilir. Bir daha qeyd edirəm ki, "Covid-19" artıq ömürlük bizimlə yol-yoldaşı olan, mövcud çoxsaylı viral infeksiyalardan biridir. Odur ki, ondan qorxmaq lazım deyil".
Tarix: 18-08-2021, 08:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}