Pfizer peyvəndinin daha effektiv olduğu təsdiqlənib


20-60 yaş arası kişilərdə Pfizer peyvəndinin effektivliyi 89.6-93.4%, 60 yaşdan yuxarı kişilərdə 94.7-96.9%olub.
Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya televiziya kanalı NHK məlumat yayıb.
Məlumata görə, Yaponiya televiziya kanalı NHK-nın sentyabr ayının 13-də verdiyi xəbərə görə, Kyoto Universitetinin mütəxəssisləri Pfizer peyvəndinin effektivliyini 85-96% göstəricidə qiymətləndiriblər.
Bildirilir ki, Kyoto Universitetindən olan bir qrup tədqiqatçı yay aylarında araşdırma aparıb və bu dövrdə yoluxmuş 10.000 -dən çox yerli sakinin nəticələrini təhlil edib. Yoluxanların böyük əksəriyyəti peyvənd edilmədiyi üçün, Yapon mütəxəssislərinə dərmanın effektivliyini hesablamağa imkan yaradıb.
Qeyd edilir ki, 20-60 yaş arası kişilərdə Pfizer peyvəndinin effektivliyi 89.6-93.4%, 60 yaşdan yuxarı kişilərdə 94.7-96.9%olub. Qadınlarda isə bu say 20 yaşdan 60 yaşa qədər olan qadınlar arasında dərman 85,4%-91,8%, 60 yaşdan yuxarı qadınlarda isə 92,6-96,1%təsir göstərib.
Siam.az
Tarix: 13-09-2021, 14:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}