Bu simptomları olanlar təcili həkimə getsin - MƏSLƏHƏT


Bu simptomları olanlar təcili həkimə getsin - MƏSLƏHƏT

Koronavirusun elə simptomları var ki, onları müşahidə etdiyiniz zaman təcili olaraq həkimə müraciət etməlisiniz.
Cebhe.info xəbər verir ki, bunu rusiyalı pediatr-immunoloq, tibb elmləri doktoru Andrey Prodeus deyib.
Onun sözlərinə görə, zəiflik, nəfəs darlığı və hərarət belə siqnallardır. Həkim “Qazeta.Ru”-ya verdiyi müsahibədə oxşar simptomları hiss edənlərə təcili olaraq COVID-19 testi vermələrini tövsiyə edib:
"Hərarət, yaxud aşağı temperatur artıq məsləhət almaq üçün və ya COVID-19 qaynar xətti vasitəsi ilə yerli həkiminizlə əlaqə saxlamaq üçün bir səbəbdir. Tənəffüs çətinliyi və nəzarətsiz temperatur, həmçinin ağır intoksikasiya və halsızlıq halında təcili yardım çağırmaq və xəstəxanaya getmək lazımdır".
Xatırladaq ki, oktyabrın 11-dən etibarən Moskvada ekspress koronavirus testi pulsuz edilir.
Tarix: 13-10-2021, 22:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}