"Koronavirusun Omikron ştammı pandemiyanın sönməsindən xəbər verir..." - İDDİA





Cənubi Afrika Respublikası Milli İnfeksion Xəstəliklər İnstitutunun hesabatında deyilir: “CAR-da koronavirusa yoluxmanın 90%-dən çoxuna səbəb, Omikron ştammıdır. Bu ştammın törətdiyi klinik əlamətlər adi soyuqlamadan fərqlənmir. Xəstələrin əksər faizi, ümumiyyətlə xəstəxanaya düşmür. Yoluxanlarda qanının oksigen dolğunluğu normada olur. İngiltərə Səhiyyə Nazirliyinin məlumatında Omikron ştammına yoluxma təsdiqlənir, lakin qospitalizasiyanın olmadığı bildirilir. ÜST-un rəsmi məlumatında Dünyanın 40-a yaxın ölkəsinə yayılan Omikron ştammından bu günə qədər ölüm halının baş vermədiyi bildirilir. 
     
Göründüyü kimi, Omikron ştammının patogen fəallığının, ana ştamm- Covid 19 və əvvəlki mutantlardan dəfələrlə zəif olması, artıq ilkin elmi dəlillərlə öz təsdiqini tapır. Xüsusi diqqət cəlb edən məqam, bu ştammda müşahidə olunan polimutasiya halıdır. İstənilən virus serotipinin polimutasiyaya məruz qalması, virusun genom quruluşunda labilliyə xidmət edən ciddi keyfiyyət dəyişikliyinin baş verdiyini sübut edir. Viral infeksiyalarının pandemiya tarixinin izlənməsi, bu cür keyfiyyət dəyişikliyinin pandemiyanın sönməsi dövrünə təsadüf etdiyini təsdiq edir. 
     
Omikron ştammının pandemiyanın sönməsinin sübutu olması, aşağıdakı məntiqi elmi dəlillərə istinad edir:
 
1. Omikronun ştammın S-spayka zülalında təsdiq olunmuş 26 mutasiya, 23 halda aminturşu dəyişikliyi, 2 halda aminturşu itkisi və yalnız 1 halda aminturşu radikalı əlavəsi halında meydana çıxır. İlk 25 mutasiya SARS-CoV-2-nin digər mutantlarında da müşahidə edildiyindən, təhlükəli hal kimi dəyərləndirilə bilməz. 
2. Xüsusi maraq doğuran, əlavə radikal şəklində müşahidə olunan INS214EPE mutasiyasıdır. Bu mutatik dəyişiklik, Covid 19-un əvvəllki heç bir mutant ştammında olmamışdır. Omikron ştammının SARS-CoV-2-nin uzun müddət immun sistemi zəifləmiş insanların (bax.: 5.12.21 tarixli paylaşım) orqanizmində qalması səbəbindən əmələ gəldiyi, şübhə doğurmur. Odur ki, bu hal, INS214EPE əlavəsini kodlayan nukleotid ardıcıllığının Covid 19-la eyni hüceyrəni yoluxdurmuş digər şərti aktiv virusun (məsələn, adenoviris) genom struktur vahidi olduğu qənaətini təsdiq edir.   
3. İddia oluna bilər ki, virusa yoluxmuş hüceyrə konkurent antaqonizm prinsipi ilə, diqər virus ştammını həmin hüceyrəyə buraxmır. Yəni Covid 19-la yoluxmuş heceyrəyə digər viral infeksiya törədicisinin daxil olması mümkün deyildir. Bidirmək istəyirəm ki, əksər viruslara xas olan bu hal, Covid 19 üçün spesifik deyildir. Çünki, Covid 19 hüceyrəyə reseptor mexanizmlə daxil olduğuna görə, əksər virusların hüceyrəyə girişinə xidmət edən intra- və parasellülyar qapılar potensial aktiv fəallıq halında, yəni açıq qalır. Bu hal, kəmiyyət tərkibi vahid olan digər patogen və ya şərti patogen bir virusun, məlum hüceyrəyə daxil olmasına imkan verir.
4. Omikron ştammın yoluxmasına təminatçı olan S-(spike) zülall fraksiyasında eyni domendə birgə baş verən P681H mutasiyanın N679K nöqtə mutasiyası ilə genom ardıcıllığında “eyni çiyin üstə birgə olması” aqonistlik deyil, biri digərini inkar edən antaqonistlikdir. Bu hal ştammın patogen fəallıgının zəifləməsinin mütləq göstəricisidir.
5. Covid 19-a yoluxub sağalmış və ya peyvənd almış insanların Omikron ştammına yoluxma ehtimalının 1%-dən də az olması, punktlar üzrə gəldiyim qənaəti birbaşa təsdiq edir.            
Omikron ştammının Covid 19 pandemiyasının sonlanmasına səbəb olacaq söylədiyim genom  dəyişikliyin elmi-praktik təsdiqinin, şübhəsiz ki, müəyyən zamana ehtiyacı vardır. Lakin Covid 19 pandemiyası hələ başlamamışdan əvvəl, bu virusla bağlı bütün tarixi və mövcud incəlikləri izləyən və təhlil edən bir mütəxəssis kimi tam əminliklə deyirəm: Omikron ştammının qorxmaq lazım deyildir. Bu ştamm pandemiyanın sönməsinin “müjdəçisidir” və növbəti aylarda pandemiyanın birdəfəlik qurtarmasına səbəb olacaqdır.
 
Tibb elmləri doktoru, professor Musa Qəniyev
 
P.S. Omikron ştammına qarşı peyvəndlərin təsirinə fərqli münasibətlərə görə yazıram:  Omikron ştammında əsas mutasiya dəyişikliyi S-spayka zülalında baş verdiyindən, virusun inaktiv genom struktur əsasını, tamlığı ilə özündə saxlayan peyvəndlər (məsələn, Sinivak) bu ştamma qarşı ən effektiv qoruyucu vasitə olmalıdır.

Tarix: 8-12-2021, 09:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}