Beynəlxalq təşkilat meymunçiçəyini pandemiya elan etdi


Ümumdünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyinin yayılmasını pandemiya elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
ÜSŞ iyunun 23-də keçirilən iclasında Ümumdünya Səhiyyə Təşkilatını xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırıb.
“ÜST təcili olaraq özünün ictimai səhiyyə fövqəladə vəziyyətini elan etməlidir. Dərhal tədbirlər görməklə, epidemiyaların qarşısını ala bilərik. İndi lazım olan tədbirlər yalnız simptomların aydın şəkildə bildirilməsi, əlçatan test və kontaktların izlənməsi və karantin tələb olunur”, - məlumatda bildirilib.
Vurğulanıb ki, artıq 58 ölkədə qeydə alınmış 3417 meymunçiçəyinə yoluxma halı təsdiqlənib. Bununla əlaqədar olaraq təşkilat pandemiya elan etmək qərarına gəlib.
Tarix: 23-06-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}