Aramsız baş ağrılarından əziyyət çəkənlərə həkimlərin tövsiyələri... - SAĞLAMLIQ

Aramsız baş ağrılarından əziyyət çəkənlərə həkimlərin tövsiyələri... - SAĞLAMLIQ
"İnsana ən çox əzab verən xərçəng, diabet, qan təzyiqi və oynaqlarla bağlı problemlər deyil, məhz bel ağrıları və miqrendir..."
 

"Miqren üçlü sinirin fəallaşması və nəticədə qan damarları və toxumaların kəskin iltihabı deməkdir..."
 
"Qida və içkilər miqren yaratmır..."
 
Bir çoxlarımız üçün baş ağrıları günümüzün ayrılmaz hissəsidir, bu da həyatın məhsuldarlığı və bütövlükdə keyfiyyətinə təsir edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrində dərc edilən məqalədə deyilir.
 
Təkcə İsraildə hər gün 40 mindən artıq miqren tutmaları qeydə alınır, bu zaman ölkənin əksəriyyət sakinləri bu problem barədə məlumatsızdır.
 
Biz mütəxəssisə müraciət edərək, baş ağrılarının səbəbləri, onların miqrendən fərqini və mübarizə üsullarını öyrənməyə çalışmışıq.
 
"Baş ağrıları ciddi problemdir, - bunu İsrailin aparıcı nevroloqu, baş ağrılarının müalicəsi üzrə mütəxəssisi, "İhilov" xəstəxanası Nevroloji departamenti rəhbərinin müavini doktor Amnon Mosek deyir. - Bir neçə il öncə Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatı açıqlanıb, orada müəyyən edilib ki, insana ən çox əzab verən və funksional pozuntular törədən heç də xərçəng, duabet, qan təzyiqi və oynaqlarla bağlı problemlər deyil, məhz bel ağrıları və miqrendir.
 
"Əksəriyyət insanlar baş ağrısına elə münasibət göstərir ki, sanki hamı bundan əziyyət çəkir. Onlar deyir: "Nəsə qəbul et, keçib gedəcək". Lakin bu çox ziyan vuran ciddi və mürəkkəb problemdir", - doktor Mosek deyir və vurğulayır ki, baş ağrılarının bir neçə tipi, həmçinin miqren və bir çox başqa ağrılar var, ona görə də hər pasientə öz diaqnozu qoyulmalı və fərdi müalicə təyin edilməlidir.
 
Sizdə miqren olmasını necə anlamalı?
 
"Miqren güclü ağrıdır, həm birtərəfli, gicgahların birində və ya alında ola bilər. Təzyiq adətən o qədər güclü olur ki, siz pulsasiya hiss edə bilərsiniz, - mütəxəssis izah edir. - Belə ağrı çoxlu əzab törədir, funksional pozuntulara gətirib çıxarır və iş qabiliyyətindən məhrum edir".
 
Miqren tutmaları zamanı adamda işıq, səslər, qoxular, təmaslar güclü həyəcan yaradır, həmçinin ağrı bəzi hallarda ürəkbulanması və qusma ilə müşahidə edilə bilər.
 
Miqren üçlü sinirin fəallaşması ilə müşahidə edilir, bu zaman o, qan damarlarını və toxumaların kəskin iltihabını törədir.
 
Bu problemdən sığortalanmağınızı düşünmək lazım deyil, çünki miqren hər kəsdə baş verə bilər.
 
Məsələn, miqren 10-15 faiz qadınlarda, 8-10 faiz kişilərdə müşahidə edilir.
 
"İsraildə 900 min nəfər miqrendən əziyyət çəkir və hər gün 40 min tutmalar baş verir", - doktor Mosek deyir.
 
Miqren tutmalarına təhrik edən nədir?
 
Miqreni sürətləndirən bir  neçə amil mövcuddur, bunların arasında qadınlarda menstrual tsikl, stres, artıq yuxu və ya onun çatışmazlığını göstərmək olar, bəzi insanlar isə bu problemlə istisnasız olaraq səyahətlər zamanı rastlaşır.
 
Lakin geniş yayılan fikrə rəğmən, müəyyən qida və ya içkilər miqren yaratmır.
 
"Bəzi hallarda bəzi qidalar, məsələn, şokolad, sarı pendir və qırmızı şərabla miqren arasında əlaqə barədə iddialara rast gəlmək olar. Lakin gerçəklik başqa şeyi göstərir-qida, demək olar ki, miqren yaratmır. 
 
Konkret insanlar var ki, müəyyən qidaya həssaslığı var, ona görə də bundan yan keçə bilər. 
 
Lakin əksəriyyət insanlar üçün tarixçə tamam başqadır", - mütəxəssis izah edir.
 
Bəs nədən indiyədək şokolad miqrendən əziyyət çəkənlər arasında pis nüfuza malikdir? 
 
Miqren zamanı iltihabın bir hissəsi neyrotransmitter serotoninlə bağlıdır-onun səviyyəsi kəskin surətdə azalır, orqanizmdə onun səviyyəsinin yüksəltmək üsullarından biri də nəsə şirin şey yeməkdir.
 
"İnsanlar özlərindən asılı olmayaraq serotoninin azalmasını hiss edir və şokolad, başqa şirniyyat qəbul edir, onların effekti azalanda miqren baş verir", - doktor Mosek izah edir, əlavə edir ki, bu gün miqrenlə mübarizədə xüsusi pəhriz tövsiyə edilmir, təkcə sizin müəyyən məhsullara qarşı həssaslığınız istisnadır.
 
SİAM.AZ
Tarix: 23-09-2022, 08:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}