İnsanın "məsum" düşməni: şəkəri həyatımızdan çıxara bilərikmi...

İnsanın "məsum" düşməni: şəkəri həyatımızdan çıxara bilərikmi...

Şəkər, sevimli qidalarımız arasında gələn və uşaqlıqdan bədənimizi öyrəşdirdiyimiz ən dadlı təamlardan hesab olunur. Onsuz heç bir şirniyyatı təsəvvür etmək olmur və çox nadir insanlar şəkəri öz həyatlarından çıxara biliblər. İnsan həyatında kimiləri üçün əvəzsiz rola malik, kimiləri üçünsə də vərdiş halını alan şəkərli qidaların bilmədiyimiz, görmədiyimiz yönləri nələrdir? Tərkibində bol miqdarda şəkər olan qida məhsullarının orqanizmimiz üçün faydaları və zərərləri nələrdir? Ümumiyyətlə, şəkərin insan sağlığında rolu nədən ibarətdir?

Şəkərin zərərləri haqqında nə qədər məlumatlı olsaq da, yenə də bilmədiyimiz çatışmazlıqlar ola bilər. Üç təhlükəli “zəhər”dən (un və duzdan sonra) biri sayılan və insan orqanizmi üçün çoxlu zərərli maddələri ehtiva edən şəkərin istehlakını məhdudlaşdırmaqla, bədənimizi şəkərin zərərlərindən qoruya bilərik. Mütəxəssislərin “asılılıq” adlandırdığı şəkər istehlakını məhdudlaşdırmadan əvvəl zərərləri haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər üçün bu məqaləmiz yaxşı bələdçi olacaq.
Şəkər, həyatımızın ən vacib qidalarından biridir, lakin məşhur inancın əksinə olaraq orqanizmə heç bir faydası yoxdur. Asılılıq olaraq görülən şəkərin zərərləri bədənin bir çox yerinə təsir edir. Araşdırmalara görə, bu gün adambaşına orta hesabla 10-30 çay qaşığı şəkər istehlak edilir. Böyük miqdarda gündəlik kalori ehtiyacını qarşılayan bu nisbətlər Ümumdünya Səhiyyə Təşkilatına görə, olduqca təhlükəlidir. Müəyyən miqdardan artıq qəbul edilən şəkərə dözə bilməyən orqanizm şəkərin yığılmasına və orqanizmə zərərli olmasına səbəb olur.
Qan şəkərinin düşməsinə səbəb olur
Aparılan araşdırmalara görə, şəkər istehlakı ani ehtiyacı ödəsə belə, bir neçə saatdan sonra aclıq və aclığın yaratdığı problemlər kimi geri qayıdır. Asılılıq yaradan şəkər istehlakı isə şəkər ehtiyacının qarşılanmaması halında qan şəkərində ani dəyişikliklərə və bununla bağlı baş ağrısı və yorğunluq kimi problemlərə səbəb ola bilər.
Diabet, piylənmə və ürək xəstəlikləri riskini artırır
Şəkər istehlakının səbəb olduğu sağlamlıq problemlərinə diabet, piylənmə və ürək xəstəlikləri daxildir. Şəkər istehlakınızı məhdudlaşdırmasanız, sonrakı həyatda belə ciddi sağlamlıq problemləri ilə qarşılaşacaqsınız.
Dəri problemlərinə səbəb olur
Şəkərin zərərləri arasında dəri problemlərinə səbəb olmasıdır. Şəkərli qidalar qanda şəkər və insulin səviyyəsini qəfil yüksəltdiyi üçün sızanaqlara səbəb ola bilər.
Xərçəngə səbəb ola bilər
Piylənməyə səbəb olan şəkərli qidaların da xərçəng riskində əhəmiyyətli rolu var.430.000 insan üzərində aparılan araşdırmaya görə, şəkərin normadan artıq istehlakı yemək borusu, nazik bağırsaq və plevra xərçənglərində riski artıran təsirə malikdir. Başqa bir araşdırmaya görə, həftədə 3 dəfə dönər və şirin peçenye istehlak edən qadınlarda digər qadınlara nisbətən intrauterin xərçəngə tutulma riski daha yüksəkdir.
Depressiya riskini artırır
Pəhriz əhval-ruhiyyəyə böyük təsir göstərir. Tortlar və şokolad kimi işlənmiş şəkəri yüksək olan qidalar depressiya riskini artırır.
Dərinin qocalma sürətini artırır
Məlum olduğu kimi, yaşlanma dəridə qırışların yaranmasının tək səbəbi deyil. Bir çox fərqli faktorun təsiriylə meydana gələn qırışlar qidalanma ilə sıx bağlıdır. Bədəndə şəkər istehlakının səbəb olduğu qabaqcıl qlikasiya  məhsulları (AGEs) dərinin vaxtından əvvəl qocalmasına səbəb olur.
Fiziki enerji üzərində təsirlidir
Şəkər istehlakının enerjini artırdığı bilinsə də, bu müvəqqəti bir vəziyyətdir. Şəkər istehlakı ilə yüksələn enerji bir neçə saatdan sonra yox olur. Müvəqqəti enerji dalğalanmalarının qarşısını almaq üçün şəkəri az və liflə zəngin olan karbohidratlı qidaları seçmək lazımdır.
Eyni zamanda şəkər;
- Hüceyrə yaşlanmasına səbəb olur.
- Qaraciyərin yağlanmasına səbəb ola bilər.
- Böyrək xəstəliyi riskini artırır.
- Diş sağlamlığına mənfi təsir göstərir.
- Koqnitiv funksiyaların pisləşməsinə səbəb olur.Bizimyol.info
Tarix: 23-10-2022, 15:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}