Bu xəstəxanalarda aparatlar işləmir, xəstələr normadan az hemodializ qəbul edir - RƏSMİ İTTİHAM
Hesablama Palatası böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrini açıqlayıb.
Siam.az bu gün Palatanın saytında yerləşdirilmiş hesabata əsasən məlumat verir ki, proqramda nəzərdə tutulmadığı, habelə buna dair hər hansı əmr və ya sərəncam olmadığı halda, Proqrama ayrılmış vəsait hesabına satın alınan dərmanlar qaraciyər və ürək köçürülən, qırmızı qurdeşənəyi, habelə böyrəklərin bəzi xroniki xəstəlikləri, o cümlədən xroniki qlomerulonefrit, xroniki nefrit, nefrotik sindrom diaqnozu olan xəstələrə də verilmişdir ki, bu da XBÇ ilə bağlı ayrılmış vəsaitlərin nəticəliliyinə təsir edən amil olaraq qiymətləndirilmişdir.
Proqramın məqsədlərinə nail olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi, daxili nəzarət üzrə müvafiq tədbirlərin, o cümlədən zəruri monitorinqlərin həyata keçirilməməsi bəzi rayonlarda hemodializ şöbəsinin yaradılmaması, bir sıra hallarda isə yaradılaraq avadanlıqlarla tam təmin edilməməsi ilə nəticələnmişdir. Belə ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına (bundan sonra – RMX) 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamamış, əhaliyə digər rayonlarda xidmət göstərilmişdir.
Hemodializ şöbələrinin laborator imkanlarının məhdudluğu, analiz cavablarının bəzi hallarda tam səhih olmaması, böyrəkköçürmə əməliyyatı icra edilmiş xəstələrə xüsusi reabilitasiya proqramlarının təşkilinin zəruri olması və hazırda TƏBİB-in tabeliyində olan reabilitasiya tipli tibb müəssisəsinin maddi-texniki bazasının bu xidmətin həyata keçirilməsi üçün uyğun olmaması tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizat səviyyəsində müəyyən çatışmazlıqların mövcudluğunu qeyd etmək imkanı verir. Bu amil, eləcə də yuxarıda göstərildiyi kimi, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməmişdir. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərmiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olmuşdur. Zəruri məlumatların əhatəlilliyinin aşağı olması, xəstələrin dövlət hesabına böyrəkköçürmə növbəsinə yazılmalarına dair qaydaların qəbul edilməməsi, prosesin elektronlaşdırılmaması və nəzarət mexanizmlərinin qurulmaması, xəstələrin növbədə yerinə dair qiymətləndirmə prosedurlarının tətbiq edilməməsi, yuxarıda da qeyd ediliyi kimi, böyrəkköçürmə ilə bağlı fəaliyyətdə bir sıra nöqsanlara yol açmışdır. //Trend//
Tarix: 26-10-2022, 14:38
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Dünən, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
{sape_links}{sape_article}