Tərtərdə qanvermə aksiyası keçirilib

Tərtərdə qanvermə aksiyası keçirilib
Oktyabrın 26-da Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun və
Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Talasemiyadan
əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
Siam.az-a yerli RİH-dən verilən məlumatda deyilir ki, aksiyada rayonda
fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının
əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə 2000 nəfərdən yuxarı rayon sakini
könüllü olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək
sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 277 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının
davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq
borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz
yardım əlimizi uzadaq. Sonra rayon rəhbəri də qanvermə aksiyasına qoşularaq qan verib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları
tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Tərtərdə qanvermə aksiyası keçirilib
Tərtərdə qanvermə aksiyası keçirilib
Tərtərdə qanvermə aksiyası keçirilib
Tərtərdə qanvermə aksiyası keçirilib


Tarix: 26-10-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}