Kürü Bakıda “su qiymətinə” olub: 20 manatlıq kürüdən ziyan gəlir, yoxsa xeyir?


Kürü Bakıda “su qiymətinə” olub: 20 manatlıq kürüdən ziyan gəlir, yoxsa xeyir?



Şəhərin bir çox bazarnda nisbətən ucuz qiymətə qırmızı kürü satışının şahidi ola bilərsiniz. 
Sosial şəbəkələrdə də bununla bağlı satış elanları sürətlə yayılır. Belə ki, duzlanmamış qırmızı kürü xammal olaraq kiloqramı 20-30 manata təklif edilir. Duzlanmış qırmızı kürünü isə satıcısından asılı olaraq kilosu 40-100 manata almaq olar.
Satıcılar bunun səbəbini farel balıqlarının çox olması ilə əlaqələndirir. Bölgələrdə balığın kürüsü çıxarılır, satılır və emalı kustar üsulla aparılır.
Maraqlıdır, bu kürünün insan orqanizmi üçün ziyanı varmı?
Cebhe.info-ya açıqlamasında sağlam qidalanma sahəsində peşəkar araşdırmaçı Məhsəti Hüseynova bildirib ki, düzgün hazırlanma və düzgün saxlanma olmadıqda kürünün zərərləri ola bilər: 

"Əgər kürü təbii şəkildədirsə, bu zaman faydalıdır. Amma düzgün şəkildə hazırlanmalı və düzgün şəraitdə saxlanılmalıdır ki, orqanizmə zərərli olmasın. Çünki tərkibi faydalılıq cəhətlərı həddən artıq zəngindir. Tərkibində A, B, D, E vitaminləri var, bundan başqa yod, fosfor, kalsium və digər elementlərlə zəngindir, bu da orqanizmin sağlamlığı üçün çox faydalıdır. Amma bu məhsul düzgün şəkildə istehsal olunmadıqda və saxlanılmadıqda qida dəyəri dəyişir, insan orqanizmində zəhərlənmələrə yol açır”.
Mütəxəssis bildirib ki, mütləq şəkildə qırmızı kürünü alarkən diqqət edəcəyimiz əsas məqamlardan biri onların dəmir konserv qutularında olmasıdır: 
“Şüşə qablarda olanlar isə birbaşa Günəş şüalarını görür və işıq altında olduğu üçün düzgün saxlanılmır. Əsasən diqqət etdiyimiz məqam odur ki, mənşəyi bəlli olan yerlərdən almaq lazımdır. Lazım olan qaydalara əməl olunmadıqda hazırlanan kürülər insan orqanizmində bir çox xəstəliklərə yol aça bilər. Çünki bəzən düzgün hazırlanmayanda ağır metallar və digər zərərverici elementlər var ki, onlar anında reaksiya vermir, zamanla yığılıb həzm prosesinin pozulması və ya bağırsaqların hərəkətliliyinin pozulması kimi zərərlər verir". 
Tarix: 15-11-2022, 17:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}