Müştəri “Zeytun”dakı dərmanların qeydiyyatsız olduğunu belə üzə çıxardı - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, “Zeytun Aptek”də qeydiyyatsız dərman satışına görə açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Siam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində baxılan işin araşdırmaları zamanı məlum olub ki, ixtisasca həkim olan Yusif Qədirov (şərti) “Zeytun Pharmaceuticals" MMC-nin Yasamalda yerləşən "Zeytun-469" adlı aptekində satıcı kimi işləyib. O, "Dərman vasitələri haqqında" Qanunun tələblərinə zidd olaraq, Azərbaycanda qeydiyyatdan keçirilməmiş dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olub.
Qeyri-müəyyən mənbədən əldə edilən dərmanların satışı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən üzə çıxarılıb. Belə ki, aptekdən "Xarelto", “Femara Novartis", “Estrofem", “Anti-asidoz" və “Proluton" kimi dərmanlar alan bir müştəri dərmanların qeydiyyatsız olduğunu görüb polisə müraciət edib. Müraciəti BMCMİ nəzarətə götürüb. Aptekdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dövlət qeydiyyatdan keçirilməmiş “Paxil", “Ventolin", "Janumet", “Triplixam”, "Forziga", “Rytmonorm", “Kardura", “Devit-3", "Estrofem", "Norvasc", "Dideral", “Cialis", "Viagra", “Kestine", “Zirtek", "İsoptin" markalı dərman vasitələri aşkar edilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, həmin dərmanlar çətin tapılan dərmanlar olub. Müştərinin “Zeytun” Aptekdən aldığı dərmanlar qadın xəstəlikləri, böyrək xəstəliklərinin müalicəsində, eləcə də qandurulducu vasitə kimi istifadə edilib. Müştəri onun tərkibinə dair məlumatları oxumaq üçün qutunun içində Azərbaycan dilində yazı tapmayıb. Lakin qanuna əsasən, Azərbaycanda satılan dərmanların qutusunda ana dilində məlumat yazılmalıdır. Müştəri dərmanların keyfiyyətsiz olmasından şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmədə ifadə verən Yusif Qədirov aptekdə idarəedici işlərə baxdığını, ittiham üzrə özünü təqsirli bilmədiyi deyib: “İki ildir ki, aptekdə əczaçı vəzifəsində çalışıram. Dərmanları «Zeytun», «Azərimed», «Binə depo», «Tylolhot», «Global», «Tetrada», «Novator farma» şirkətlərindən əldə edirik. Dərman sifarişi ilə özüm məşğul oluram. Qeydiyyatsız dərmanlar «Zeytun» və «Binə depo» şirkətlərinə məxsus olub. Həmin dərmanları nağd almışıq, amma qəbz verilməyib. Həmin dərmanların satış qiymətlərini özüm müəyyən edirdim.
26 yanvar 2022-ci ildə aptekə mülki geyimli polis əməkdaşları gəldi. Aptekə baxış keçirilən zaman məlum oldu ki, bir sıra dərmanların dövlət qeydiyyatı yoxdur. Həmin dərmanları Azərbaycana kim gətirmişdirsə, qeydiyyatını da o təmin etməliydi. Biz dərmanları rəsmi şirkətlərdən almışıq”.
İstintaq dövründə Yusif Qədirovun üzərinə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qoyulub. Hökmə əsasən, qətimkan ləğv edilib. Y.Qədirov Cinayət Məcəlləsinin 200-1.1-ci (qeydiyyatından keçməyən dərman vasitələrinin satışı) maddəsilə təqsirli bilinərək 3000 manat cərimə olunub. Müsadirə olunmuş dərmanlar isə dövlət nəfinə keçirilib.
Tarix: 9-01-2023, 20:52
-
Bu gün, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Bu gün, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Bu gün, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Bu gün, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Bu gün, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Bu gün, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Bu gün, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Bu gün, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Bu gün, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Bu gün, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Bu gün, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 10:42
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Bu gün, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Bu gün, 10:35
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Bu gün, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Bu gün, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Bu gün, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Bu gün, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Bu gün, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Bu gün, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Bu gün, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Bu gün, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Bu gün, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Bu gün, 00:03
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
Dünən, 23:12
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Dünən, 23:08
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
-
Dünən, 23:07
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
{sape_links}{sape_article}