Çin koronavirus üzərində qələbə elan etdi


Çin rəsmiləri dünyada xəstəlikdən ölüm nisbətinin ən aşağı olduğunu iddia edərək, COVID-19 üzərində həlledici qələbə elan ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Epidemiyanın qarşısının alınması və ona qarşı mübarizədə böyük həlledici qələbə əldə edilib”, - Çinin Siyasi Büro Komitəsinin bəyanatında deyilib.
Eyni zamanda çinlilərə xəbərdarlıq edilib ki, vəziyyət yaxşılaşsa da, virus hələ də bütün dünyaya yayılır və mutasiyaya uğrayır.
Bəyanatda ölkədə yaşlıların koronavirusa qarşı peyvənd səviyyəsinin yüksəldiləcəyi vurğulanıb.
Xatırladaq ki, Çin hakimiyyəti 2022-ci ilin dekabr ayının əvvəlində “sıfır COVID-19” siyasətini ləğv edib, bundan sonra əhalinin 80%-i virusa yoluxub.
Tarix: 18-02-2023, 10:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}