Kardiologiya İnstitutunun həkimləri Tərtər rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi müayinə keçiriblər


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat  Kardiologiya 
İnstitutunun  həkim mütəxəsisləri  Tərtər rayon Mərkəzi Xəstəxanasında  şəhid 
ailələri və qazilər üçün tibbi müayinə keçiriblər

25 fevral 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində   Azərbaycan  tarixinə ən 
dəhşətli və faciəvi səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqrımı ilə bağlı 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-
Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikasının Səhiyyə 
Nazirliyinin, TƏBİB-in, Tərtər Rayon İcra Hakimiyyətinin, “Servier” dərman şirkətinin 
dəstəyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Ağdam rayonlarından 
olan şəhid ailələrinə və qazilərə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim 
mütəxəsisləri tərəfindən kardioloji, endokrinoloji və nevroloji xidmətlər göstərilib. 
Aksiya çərçivəsində Tərtər, Bərdə, Ağdam rayonlarından olan 200-dən artıq şəhid ailəsi, 
qazi və müharibə iştirakçısı tibbi müayinədən keçirilib, müvafiq təyinatlar verilib. 
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı 
Sahib Alıyevlə birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub, Elmi-Tədqiqat Kardiologiya 
İnstitunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova, kardioloq həkimlər 
Təranə Cabbarova, Mədinə Əzimova, Təvəkkül Yusifov, Rafiq Yusifli, Lətafət Eyvazova, 
Elmira Həsənova, Aytən Quliyeva, nevrapotoloqlar Sürayya Qasımova, Fatma 
Osmanova, Fəridə Yaqubova, EXOKQ həkimləri Nigar Qabiyeva, Fidan Əzizova, 
Şahzadə Abdullayeva və müayinəyə gələn şəhid ailələri, qazilərlə görüşüb. Onlarla 
səmimi söhbət zamanı icra başçısı Müstəqil Azərbaycanımızın suverenliyi və ərazi 
bütövlüyü uğrunda həyatlarından keçmiş şəhid ailələrinə, sağlamlıqlarını itirmiş qazilərə, 
müharibə veteranlarına  mütəmadi surətdə dövlət tərəfindən, şəxsən respublika 
Prezidenti cənab İlham  Əliyev  və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 
tərəfindən diqqət və qayğı göstərildiyini, sosial problemlərinin həll olunduğunu, 
respublika prezidentinin bütün dövlət qurumları qarşısında bu həssas təbəqədən olan 
insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi qoyduğunu bildirib. Respublika 
Prezidenti cənab İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri 
ilə görüşündə dediyi sözləri dilə gətirib: “Vətən uğrunda öz canlarını fəda etmiş 
qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz 
bunu əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət 
orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və bunu təmin edirik”. Bu gün 
keçirilən bu tibbi müayinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Tibbi müayinədən keçən şəhid ailələri, qazilər və müharibə iştirakçıları onların 
sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət 
və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci 
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Aksiyadan sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Elmi-
Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə rayon icra hakimiyyətinin inzibati 
binasında görüşüb, onlara bu nəcib təşəbbüsü həyata keçirdikləri üçün təşəkkür edərək, 
rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.
Tarix: 26-02-2023, 09:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}