Bu əlamət varsa, insult keçirə bilərsiniz - XƏBƏRDARLIQ


 
Görmə qabiliyyətinin səhər saatlarında qısa müddətli pozulması və ya itməsi insult xəbərçisi ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Exspress" Harvard Səhiyyə mütəxəssislərinə istinadən məlumat yayıb.
Həkimlərin sözlərinə görə, insult keçirən vətəndaşlar xəstəlikdən əvvəl qara nöqtələr və kölgələr gördüyünü bildiriblər. Xəstələr oyandıqdan dərhal sonra bir gözlərinin görmədiyini iddia ediblər.
"Görmə siniri beyinə siqnal ötürür və milyonlarla sinir lifi və damarı daşıyır. Qida və oksigen axınından tamamilə kəsildikdə sinir toxuması zədələnir, bu da görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər", - həkimlər izah ediblər.
Bununla belə, həkimlər əmin ediblər ki, 80% hallarda görmə tam bərpa olunur. Lakin onlar bu vəziyyətin təhlükəli olduğunu və müalicə tələb etdiyini xatırladıblar.
Tarix: 12-03-2023, 22:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}