Yatmazdan əvvəl yemək yeyənlərə XƏBƏRDARLIQ: Bu qidaları yeməyin


Yatmazdan əvvəl yanlış qidalar yemək nəinki yuxuya getməyi, hətta gecə boyu yatmağı da çətinləşdirə bilər.
 
SİAM.AZ "lent.az”a istinadən xəbər verir ki, axşam yeməyinə yağlı yeməklər qətiyyən olmaz. Gecəni rahat yatmaq istəyənlər mütləq tərkibində çox yağ olan qidalardan uzaq durmalıdır.
 
Bu bir neçə faktorla bağlıdır. Birincisi, onlar həzm sisteminizi poza bilər. Çünki yağlı qidaların həzm edilməsi daha uzun çəkir, bu da narahatlığa səbəb olur və yuxuya mane törədir. Həmçinin, yüksək yağlı qidalar vücudunuz onu parçalamaq və qida maddələrini qəbul etmək üçün daha çox çalışmalıdır.
 
Qan şəkəri səviyyəsi yuxu keyfiyyətinə təsir edən digər vacib amildir. Belə ki, yağlı qidalar qan tərkibindəki şəkər səviyyələrində dalğalanmalara səbəb ola bilir. Bu da stress hormonlarının artmasına və yuxunun pozulmasına gətirib çıxarır.
 
Qısacası, rahat yuxunu təmin etmək üçün yatmazdan ən azı iki-üç saat əvvəl ağır və ya yağlı qidalardan qaçınmaq, daha yüngül, qidalandırıcı maddələrlə zəngin seçimlərə üstünlük verilməlidir.
Tarix: 15-03-2023, 10:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}