"Limondan istifadə etməzdən öncə onu dondursanız..." - MARAQLI


"Dondurulmuş limon orqanizmdən toksinlərin çıxarılmasına və həyat tonusunun saxlanılmasına kömək edir..."
 
"Dondurulmuş limon qocalıqdan yan keçməyə kömək edir..."
 
Biz limonu bir qayda olaraq sıxırıq. Lakin limon təkcə şirəsi ilə deyil, bütövlükdə faydalıdır.
 
Bu zaman dondurulmuş limondan istifadə edilməsi onun bütün xüsusiyyətlərindən yararlanmağa imkan verir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" nəşri yazıb.
 
Limonu dondurmaq və qabığı ilə birgə istifadə etmək olar. Bunun sayəsində siz həm meyvənin qabığında, həm də sitrusun daxilində olan vitaminlərdən yayarlana biləcəksiniz. 
 
Dondurulmuş limon orqanizmdən toksinlərin çıxarılmasına və həyat tonusunun saxlanılmasına kömək edir.
 
Təbii əlavə kimi baxılan dondurulmuş limonun digər üstünlükləri
 
Dondurulmuş limonun faydası
 
1. Dərini bərpa edir
 
- kollagenin sintezində iştirak edir və bunun hesabına dəri üçün xeyli üstünlüklərə malikdir, vaxtından əvvəl qocalıqdan yan keçməyə kömək edir;
 
- sümük və vətərləri möhkəmləndirir;
 
- antioksidant kimi təsir edir;
 
- dəmir kimi digər qida maddələrinin daha yaxşı mənimsənilməsinə kömək edir.
 
2. Bir çox degenerativ xəstəliklərdən qoruyur
 
Orqanizmdə zamanla baş verən dəyişikliklərə nəzarət etməyə imkan verən limon bununla birlikdə bir çox xroniki xəstəliklərə çevrilən degenerativ xəstəliklərin qarşısını almağa qadirdir.
 
- mədə xorasının müalicəsində istifadə edilir;
 
- bakteriyalar, göbələklər, infeksiyalarla mübarizə aparır;
 
- qrip və soyuqdəymə ilə mübarizədə kömək edir, çünki immun sistemini möhkəmləndirir;
 
- sinqanın (C vitamini çatışmazlığından yaranan xəstəlik-red.) qarşısını alır;
 
- yara və yanıqların sağalmasını sürətləndirir;
 
- ürək xəstəliklərinin qarşısını almağa qadirdir.
 
3. Arıqlamağa kömək edir
 
Qanda "pis" xolesterinin miqdarı ilə mübarizəyə əlavə olaraq dondurulmuş limon metabolik funksiyaların sürətləndirilməsi hesabına orqanizmdə piyin itirilməsinə kömək edir.
 
Beləliklə, limonun sayəsində siz həm orqamizmdə artıq piyi yandırar, həm də xolesterinin miqdarını aşağı sala bilərsiniz.
 
Dondurulmuş limondan necə istifadə edilir?
 
Limon gecə buz kamerasında saxlanılır. Soyuducudan dondurulmuş limonu çıxarıb silmək kifayətdir, bundan sonra ondan heç bir əziyyət çəkmədən limonad, balıq yeməkləri, şorba, salatların hazırlanmasında istifadə etmək olar.
 
Siz  bütöv limonu sürtkəcdən keçirib bu formada buz kamerasında saxlaya bilərsiniz. Onu təmizləmək lazım gəlməyəcək, sürtkəcdən keçirilmiş limonun bir hissəsini götürüb salatlara, balığa və şorbaya əlavə edə bilərsiniz.

Tarix: 4-06-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}