Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları
Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var.
Publika.az xəbər verir ki, qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur.Ac qarına qoz yeməyin faydaları bunlardır:Enerji verir: Qozda olan sağlam vitaminlər və minerallar bədənimizin gün ərzində ehtiyac duyduğu qidaları təmin edir. Buna görə də səhər acqarına 3 qoz yemək gün ərzində yorğunluğu aradan qaldırır.Həzmi tənzimləyir: Qoz çox yüksək lif tərkibli qidadır. Bu, bağırsaqlarda hərəkətliliyi artıraraq həzmi tənzimləməyə kömək edir. Xüsusilə qəbizliyin qarşısını alan qoz mədə turşusunu tarazlamağa da kömək edir.Sinir sistemini yaxşılaşdırır: Qozun tərkibindəki maqnezium sinir sistemini tənzimləməyə kömək edir. Beyin funksiyalarının yaxşılaşmasına töhfə verən qoz sümük sağlamlığını da dəstəkləyir. Xüsusilə inkişafa gəldikdə, istehlakı ilə bədəni qorumağa kömək edir.
Tarix: 22-03-2024, 21:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}