"TƏBİB bu məsələyə izahat verməlidir..." - ETİRAZ


"Uşaq polikilinikalarında sahə həkimlərinin bir çoxu dəhşətdir. İki gün əvvəl qonşumun 5 yaşlı qızını təcili yardımla xəstəxanaya apardıq. Uşaq 3 gün qaşınır, qızdırması qalxır hətta boğulur..." Dia-az.info bildirir ki, bunu öz gileyində jurnalist Günel Musa ifadə edib.
O daha sonra başlarına gələni belə nəql edir: "Ana zəng vurub sahə həkiminə vəziyyəti deyir sahə həkimi deyir ki, mən istirahətdəyəm. Yaxşı anladım iş günü deyil bəs insanlıq? Heç olmasa bir məsləhət vermək, valideynin təlaşını sakitləşdirib istiqamətləndirmək olmaz? Uşaga xəstəxanada skarlatin diaqnozu qoyuldu və növbə həkimi bildirdi ki, bu usaqları biz qəbul etmirik sahə həkimlərinin mütləq məlumatı olmalı və müalicə etməlidir. Uşağı gətirdik evə. Anası bir də zəng vurdu həkimə uşağın skarlatin olduğunu bildirdi və xahiş etdi ki, gəlib evdə usağın vəziyyətini dəyərləndirib müalicə yazsın. Həkim qayıdarsan ki, usagı götür poliklinikaya gətir. Necə yəni? Yoluxucu xəstəlik, üstəlik bu usağa qəti şəkildə bayıra çıxmaq olmaz. Amma sahə həkimi mostunu qaldırıb öz vəzifəsini icra etmək istəmir.
Hə... bir də nə üçunsə poliklinikalarda usaqları USM müayinəsi, analizlərdən keçirtmək məşəqqətə çevrilib. Deyirlər ki, TƏBİB yalnız ildə bir dəfə bu xidmətlərdən istifadəyə icazə verib. Bu nə dərəcədə doğrudur?"
Tarix: 1-04-2024, 09:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}