Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir

Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi
“AstraZeneca” Oksford Universiteti ilə birlikdə hazırladığı COVİD-19 peyvəndinin nadir bir yan təsirə səbəb ola biləcəyini ilk dəfə etiraf edib. Qurbanlar və onların qohumları 100 milyon funt-sterlinqə qədər təzminat tələb edirlər.

Publika.az xəbər verir ki, COVİD-19 peyvəndi olunduqdan sonra beynində qan laxtası yaranan və beynindəki qalıcı zədə səbəbindən işləyə bilməyən iki uşaq atası Jamie Scott, keçən il əczaçılıq nəhəngi “AstraZeneca”ya qarşı iddia qaldırıb.

Peyvənddən sonra oxşar problemləri olduğunu iddia edən 51 nəfər məhkəməyə müraciət etdikdən sonra hadisə qrup davasına çevrilib. Hüquqşünaslar “AstraZeneca-Oxford” peyvəndinin qüsurlu olduğunu və bir çox ailədə dağıdıcı yan təsirlərə səbəb olduğunu iddia edib. “AstraZeneca” isə iddiaları şiddətlə rədd edib.

Lakin şirkət sıx hüquqi ziddiyyətlərdən sonra, fevral ayında müdafiə etdiyi peyvəndin nadir hallarda Trombositopeniya Sindromuna (TTS) səbəb ola bildiyini etiraf edib.

Peyvənddən sonra bədənin immun sistemi trombositləri hədəf ala bilən antikorlar istehsal edə bilər ki, bu da trombositopeniyaya (aşağı trombosit sayı) və həmçinin qan laxtalarının əmələ gəlməsinə səbəb olur. TTS simptomları şiddətli baş ağrısı, gözlərdə görmə problemləri, ayaqlarda və ya qollarda ağrı və şişkinlik, nəfəs darlığı, qarın ağrısı və qanaxma ola bilər.
Tarix: 29-04-2024, 22:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}