ABŞ Türkiyədən S-400-lə bağlı izahat tələb edir

ABŞ Türkiyədən S-400-lə bağlı izahat tələb edir Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir. Bunu Pentaqonun nümayəndəsi Ceff Devis deyib.

"Türkiyə NATO-nun müttəfiqidir və bizim müttəfiqlərimizlə münasibətlərimizin əsas məqamlarından biri də ondan ibarətdir ki, biz silahlanmamızın uyğunlaşmasını istərdik", - o əlavə edib.

Bundan əvvəl ABŞ silahlı qüvvələrinin qərargahlarının birləşmiş komitəsinin nümayəndəsi Cozef Danfor da Türkiyənin S-400 raketləri almaq ilə bağlı narahatlığını dilə gətirmişdi.

Xatırladaq ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür.

Hazırda Türkiyə S-400 raket kompleksi almaq ilə bağlı Rusiya ilə danışıqlar aparır.
Tarix: 25-07-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}