Saakaşvilidən sərt bəyanat: Mən hazıram

Saakaşvilidən sərt bəyanat: Mən hazıram Ukrayna hakimiyyəti məni ölkə ərazisinə buraxmamağa cəhd edir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mətbuat konfrasında çıxışı zamanı deyib.

Saakaşvili bildirib ki, rəsmi Kiyev onu həbs etdirmək, yaxud Gürcüstana ekstradisiya etmək niyyətindədir:

“Haqlı olduğuma əminəm. Mən Ukrayna xalqının həmrəyliyinə inanıram. İnanıram ki, onlar belə hüquqsuzluğa göz yummayacaq. Mən doğrunu deyirəm və ən əsası odur ki, özümü qorumuram. Mən xalqı hərc-mərclikdən qorumağa çalışıram. Gəlin yaxşı düşünək və ən pisə hazır olaq. Mən hazıram. Amma düşünürəm axır-əvvəl həqiqət qalib gələcək”.

Qeyd edək ki, Ukrayna hökuməti bir müddət əvvəl Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
Tarix: 1-08-2017, 20:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}