“PREZİDENT SEÇKİLƏRİNƏ QATILACAĞAM” - Rəsul Quliyev 2018 seçkilərində iştirak qərarını açıqlayıb

“PREZİDENT SEÇKİLƏRİNƏ QATILACAĞAM” - Rəsul Quliyev 2018 seçkilərində iştirak qərarını açıqlayıb Azərbaycan parlamentinin sabiq sədri, 20 ildən çoxdur ABŞ-da siyasi mühacirətdə yaşayan Rəsul Quliyev 2018-ci ilin prezident seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb. “AzPolitika.info”nun məlumatına görə, eks-spiker bu barədə Azərbaycan saytlarına müsahibəsində bildirib.

Azərbaycana qayıtmaq planları ilə bağlı suala cavabında R.Quliyev bildirib: “Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq”.

Prezident seçkilərində iştirakla bağlı suala eks-spiker birmənalı təsdiq cavabını verib: “Qatılacağam”.

Xatırladaq ki, Rəsul Quliyev 2003 və 2005-ci illərdə də Azərbaycana qayıtmağa və hakimiyyəti ələ keçirməyə cəhd edib. Lakin onun bir sıra Qərb kəşfiyyatları tərəfindən də dəstəklənən bu cəhdlərinin qarşısı Azərbaycan hakimiyyəti tərəfindən alınıb.

Rasim ƏLİYEV
Tarix: 2-10-2017, 17:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}