"Bu əraziləri Bərzani özünün xəyali dövlətinin ərazisinə birləşdirməyə çalışır" - Politoloq

"Bu əraziləri Bərzani özünün xəyali dövlətinin ərazisinə birləşdirməyə çalışır" - Politoloq “İraqda davam edən müharibə və siyasi sabitsizlik, bu ölkədə yaşayan muxtəlif millətlərin parçalanmasına və yaşadığı ərazilərin itirilməsinə səbəb olur. İraqda öz tarixi ərazilərində ciddi basqıya məruz qalan türkman soydaşlarımız tarixin çox ciddi problemi ilə üzləşib. Şimali İraqda Qərbin siyasi-iqtisadi və hərbi dəstəyi ilə qurulan Kürd muxtariyyəti, hazırda İraqın ərazi bütövlüyünü təhdid etməklə yanaşı, öz inzibati sərhədlərindən kənar türkmanların yaşadığı tarixi şəhərləri Kərkük və Mosulu işğal edib. Bu əraziləri Bərzani özünün xəyali dövlətinin ərazisinə birləşdirməyə çalışır”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə deyib:

“Qeyd edim ki, taleyin ümidinə buraxılan türkmanlara Bağdad hakimiyyəti dəstək vermir. Rəsmi Bağdad türkmanlara dəstək versəydi, bu gün Şimali İraqda Bərzani yönətimi Mosul və Kərkükə girməyə cürət etməzdi. Silahlanmış və dəstək alan türkman tuqaylar kürd separatçılarını geri otuzdurardı. Həmçinin, Bərzani Kərkükdə referenduma gedə bilməzdi. Təssüf ki, Kərkük və Mosulda yaşayan soydaşlarımıza rəsmi Bakı siyasi dəstək verə bilmir. Türkiyə iqtidarı Bərzaninin peşmərgələrini silahlandırıb təlim keçincə, bunu türkmanlardan ibarət silahlı qüvvələr yaradıb təlim keçə bilərdi. Mütəşəkkil şəkildə türkmanlar güclənsəydi, bu gün Türkiyə, İraq, Kürdüstan problemi ilə bu qədər üzləşməzdi. Türkiyə güc olaraq, türkmanları önə çəkə bilərdi. Yenə də, bu gec deyil. Türkiyə və Azərbaycan İraqla birlikdə türkmanlara sahib çıxıb, soydaşlarımıza siyasi, lojistik dəstək verməlidir”.

“Azərbaycan Xalq Cəbhəsi partiyası (AXCP) İraqda türkman soydaşlarımızın üzləşdiyi bu problemə qarşı öz haqq səsini ucaldır. İraq səfirliyinin qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası türkman qardaşlarımızın üzləşdiyi problemlərə qarşı piket keçirməyə qərar verib. Bu piket Azərbaycan siyasətinin mənəvi haqqıdır. Buna hər bir vətəndaşın dəstək vermək mənəvi borcudur. Türkiyə, Azərbaycan və İraq, türkmanları və tarixi şəhərləri olan Kərkükü, Mosulu qorumalıdır. AXCP sədri Razi Nurullayevin bu təşəbbüsü, türkmanların problemlərini Azərbaycan ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Həmçinin iqtidara soydaşlarımızı diqqətdə saxlamaq üçün bir mesajıdır. Bütün dostları ayın 6-da, AXCP-nin Kərkük piketinə dəvət edirəm” - AXCP yetkilisi vurğulayıb.


Tarix: 5-10-2017, 16:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}