Qarabağ münaqişəsi dünyanın ilk beşliyində - “Bloomberg” siyahı açıqladı

Qarabağ münaqişəsi dünyanın ilk beşliyində - “Bloomberg” siyahı açıqladı Dünyada 50-dən artıq seperatizm ocağı mövcuddur.

AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd olunub ki, dünyanın ən qaynar münaqişləri siyahısının ilk beşliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yer alıb. İlk beşliyin siyahısına, həmçinin Şotlandiya, Dnestryanı, İraq Kürdüstanı, Mindanao münaqişələri də əlavə edilib.

1991-1994-cü illər ərzində Ermənistan-Azərbaycan arasında baş verən müharibəyə toxunan agentlik Dağlıq Qarabağ və ətraf 7 rayonun ermənilər tərəfindən işğal olunduğunu bildirib: “Nəticədə milyonlarla məcburi köçkün axını yaranıb”-deyə məlumatda qeyd olunub.

Agentlik aprel döpyüşlərini son 23 ildə ən güclü toqquşma adlandırıb.
Tarix: 9-10-2017, 12:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}