Aİ VƏ RUSİYA ARASINDAKI QARŞILIQLI SANKSİYANIN AZƏRBAYCANA TƏSİRİ OLACAQ? - ŞƏRH

Aİ VƏ RUSİYA ARASINDAKI QARŞILIQLI SANKSİYANIN AZƏRBAYCANA TƏSİRİ OLACAQ? - ŞƏRH
"Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları uzatması gözlənilən idi”.

Bunu "Sherg.az”a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov söyləyib.


O xatırladıb ki, bu sanksiyalar yeni deyil:

"Əslində Rusiya da öz növbəsində Avropaya qarşı sanksiyalar tətbiq edir. Ukraynada vəziyyət sabitləşənə qədər proses davam edəcək. İki qütb arasındakı fikir ayrılığı Ukrayna görə baş verir.
Ancaq radikal qərarlar da dəyişmir”.

İki supergüc arasındakı qarşılıqlı sanksiyaların bölgəyə necə təsir edəcəyinə gəlincə, deputat bunları deyib:

"İstənilən halda Aİ və Rusiya arasındakı qarşılıqlı sanksiyanın Azərbaycana heç bir təsiri yoxdur”.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. Aİ Şurasının sədri Donald Tuskun sözlərinə görə, Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir. Xatırladaq ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.

Aysel Aslan
Tarix: 15-12-2017, 21:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}