2018-ci ilin yazına kimi... - Putini müharibədən saxlayan SƏBƏBLƏR

2018-ci ilin yazına kimi... - Putini müharibədən saxlayan SƏBƏBLƏR
“Rusiya prezidenti Vladimir Putin çətin ki, Amerika silahlarının çatdırılmsı ilə əlaqədar ən azından 2018-ci ilin iyuluna qədər Ukrayna ilə münaqişənin eskalasiyasına qərar verəcək”.

Publika.az xəbər verir ki, bu haqda Ukraynanın “Obozrevatel” nəşrinə şərhində Beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru Sergey Tolstov söyləyib.


“Martda Rusiyada prezident seçkiləridir. Daha sonra isə futbol üzrə dünya çempionatı keçiriləcək. Müvafiq olaraq növbəti ilin iyuluna qədər Ukraynanın şərqində genişmiqyaslı hərbi əməliyyatlar (təsirlər) ağlasığmazdır”, - Tolstov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya letal (ölümcül) silahların, həmçinin “Javelin” tank əleyhinə raketlərin verilməsini bəyənib. "ABC News" telekanalının xəbərinə görə, söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir.

Qanunvericiliyə uyğun olaraq prezident silahların çatdırılması barədə planı Konqresə göndərəcək. Konqres bir ay müddətində ona baxmalıdır.

Dekabrın 22-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib ki, Vaşinqton ərazi bütövlüyü və müstəqilliyin müdafiəsinin təminatı üçün Ukraynaya müdafiə silahlarının çatdırılması haqqında qərar qəbul edib.

Daha əvvəl yayılan xəbərə görə, Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.

Ukraynanın şərqində separatçıları dəstəkləyən rəsmi Moskva isə ABŞ-ın Ukraynaya silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.
Tarix: 27-12-2017, 22:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}