Putin artıq dözmədi - ABŞ-a hədənin pərdəarxası

Putin artıq dözmədi - ABŞ-a hədənin pərdəarxası Putinin son çıxışı əslində olduqca düşünülmüş bir xətt idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, hazırda dünya miqyasında gərginliyin artmasının səbəbləri hibrid və şəbəkə müharibələridir:

“Bu baxımdan da Rusiya ABŞ və onun müttəfiqləri ilə münasib bir dialoq tapmağa çalışır. Ancaq sözdə “hə” deyən ABŞ bir növ Rusiyaya qarşı təzyiqlərini artırır. ABŞ-ın təhlükəsizlik doktrinasında Rusiya, İran, Şimali Koreya və Çin birmənalı düşmən elan edilib. Bu ondan xəbər verir ki, ABŞ-ın NATO bloku ilə müxtəlif variantları nəzərdən keçirərək, adıçəkilən dövlətləri tərki-silah etmək niyyəti var. Bu fonda Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məsələsinin qabardılması da təsadüfi deyil. Açıq-aydın Rusiyanın düşmən obrazı yaradılır. Bu da hakim dairələrin marağında olan bir məsələdir. Bu vaxta qədər buna dözən Rusiya artıq dünən Amerikaya açıq mesajını verdi. ABŞ Rusiyaya hücum edəcəyi təqdirdə dərhal təsirli cavab veriləcək və yəqin ki, Amerika da bunda maraqlı olmaz. Zənnimcə, sıçrayışa hazırlaşan ölkə kimi Rusiya müəyyən mənada çox təsirli addım atdı”.

Politoloqun sözlərinə görə, Rusiyanın təqdim etdiyi yeni silahlar böyük dağıdıcılıq qüvvəsinə malikdir və onların trayektoriyasını tutmaq çox çətindir:

“Təsadüfi deyil ki, Qərbdə hərbi mütəxəssilər hazırda çaşqınlıq içərisindədirlər. Qərb indi Rusiyanın yeni silahlarının xarakteristikasını öyrənməyə cəhd edir. Nəzərə alsaq ki, həmin silah növləri dünyada ikinci bir ölkədə yoxdur. Bir sözlə, Rusiya son gedişi ilə rəqiblərini çətin bir vəziyyətə saldı. Çünki həmin silahları üstələyən xarakteristikaya malik yeni növlərin işlənməsi ABŞ-a baha başa gələcək”.

Qeyd edək ki, Vladimir Putin 1 martda Rusiyanın ən yeni və analoqu olmayan silahlarını qrafika ilə təqdim edib.
Tarix: 3-03-2018, 22:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}