Rusiya tələyə salınır - Azərbaycan çətin seçimdə
Son günlərdə Rusiya ilə Böyük Britaniya arasında yaranan qarşıdurma durmadan artır. Agent Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsi ilə bağlı onsuz da ağır durumda olan Rusiyanın vəziyyəti getdikcə gərginləşir.
Son illərdə Rusiya hökumətinə müxalif olan və Böyük Britaniyaya sığınan şəxslərin bir-birinin ardınca aradan götürülməsi artıq Britaniya hökumətinin səbir kasasını daşırıb. Cinayət işində konkret faktlar olmasa da, bütün diqqətlər Kremlin üstündə cəmləşib. Doğrudur, Rusiya tərəfi bütün ittihamları rədd edir, lakin bu da onun hədəfdən yayınmasına kömək etmir. Artıq Skripal və qızının zəhrələnməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası təcili iclasını keçirib, Rusiyaya yönəlik sərt ittihamlar səslənib. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli Rusiyanın “vicdansız cinayət işlədiyini” deyib. Britaniya baş naziri Tereza Mey 23 rus diplomatın ölkədən deportasiyası barədə qərar verib. Baş nazir bu ölkəyə qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini vurğulayıb. Rusiya da diplomatlarla bağlı analoji addım atıb.
Ekspertlər gərginləşən bu münasibətlərin fonunda Azərbaycanın mövqeyinin necə olması barədə fərqli fikirlər səsləndirirlər. BMT üzvü olan Azərbaycanın bu məsələdə balanslı siyasət yeritməsinin nə qədər çətin olduğu göz önündədir.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Skripalın qətl sifarişinin izləri Moskvaya uzanır: “Rusiya rəsmiləri deyirlər ki, məntiqlə onlar belə bir əmr verə bilməzdilər, çünki Rusiyada prezident seçkisi və futbol üzrə dünya çempionatı öncəsində Qərblə münasibətlərini bir az daha gərginləşdirmək Kremlin maraqlarına cavab vermir. Bu məntiqi qəbul etmək olar, ancaq biz bilirik ki, Rusiyada heç də hər zaman məntiq üstünlük qazanmır. Məntiqdən çıxış etsəydilər, qardaş adlandırdıqları Ukraynanın torpaqlarına göz dikib, bu dövləti birdəfəlik özü üçün itirməzdilər. Rəqibləri xaricdə öldürmək SSRİ və Rusiyanın adət etdiyi dəst-xətdir. Stalin rəqibi Trotskini öldürmək üçün uzaq Meksikaya ispaniyalı jurnalisti göndərdi və o, əmri yerinə yetirdi. 1950-ci illərdə də qətllər davam etdi, İkinci Dünya müharibəsi illərində Ukraynanın və Azərbaycanın legionlarına başçılıq edənlər Bandera və Düdənginski sovet xəfiyyələrinin qurbanları oldular. Rusiya müstəqillik qazandıqdan sonra eyni siyasəti davam etdirib. Londona əvvəlcə Litvinenkonu, ardınca Skripalı öldürdülər, başda Boris Berezovski olmaqla bəzi oliqarxların qətlləri də şübhə doğurub. Putinin yarı-gizli əmri var: ”Satqınları bağışlamayacağıq". Kreml bütün cizgiləri aşıb, əvvəlcə Krım işğal olundu, ardınca ABŞ-dakı prezident seçkilərinə sosial şəbəkələr üzərindən müdaxilələr qeydə alındı, Suriyada Əsəd rejiminə dəstək davam edir, indi də xəfiyyəni öldürürlər. Bütün bunlara Qərb dözmək fikrində deyil. Qərb ölkələrinin “beyin mərkəzləri”nin hazırladıqları plan sürətlə həyata keçirilir, Rusiyanı tələyə salırlar. Kreml sahibi Krımı işğal edəndə və Suriyanı bombardman edəndə qələbə eyforiyasından yerə-göyə sığmırdı. Eyforiya keçdi, qaldı sanksiyalar və müəmmalı qətllərin nəticələri. Putin üçün ağır olacaq, çünki onun qarşısında böyük güclər dayanıb və onlar artıq Kremlin şıltaqlıqlarına dözmək fikrində deyillər. SSRİ-ni çökdürən mərkəzlər indi Rusiyanın həm prezidentinin, həm də elə Rusiyanın özünün zəiflədilməsi planları üzərində baş sındırırlar".
Politoloq rəsmi Bakının necə bir mövqe sərgilməli olduğuna da toxundu: “Azərbaycan Qərb-Rusiya qarşıdurmasına qarışmamalıdır. Strateji müttəfiqimiz Türkiyə də qarışmır. Rəsmi Bakı sadəcə, ara-sıra açıqlama verə bilər ki, Qərblə Rusiya arasındakı gərginliyin azalmasında maraqlıdır. Bundan artıq bəyanat vermək Azərbaycana zərər gətirə bilər. Ancaq millət vəkillərimizdən biri bugünlərdə açıqlama verərək, ”Qərbin Rusiyaya təzyiqi ədalətsizdir" deyib. Bu kökündən yanlış açıqlamalıdır. Bununla o, nə demək istəyib? Bu o deməkdirmi ki, Rusiyanın Krımı işğal etməsində də qəbahət yoxdur? Axı bizim də torpaqlar işğal altındadır. Krımın işğalına haqq qazandıran istənilən azərbaycanlı avtomatik Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonların da işğalına haqq qazandırmış olur. Azərbaycan prezidenti haqlı olaraq heç zaman “Rusiyaya qarşı sanksiyaların tətbiqi doğru deyil” demirsə, millət vəkili niyə bunu deyir? O, bilmir ki, sanksiyalar Krımın işğalından sonra Rusiyaya qarşı tətbiq olunub, yoxsa bunu normal qəbul edir? Bu ona bənzəyər ki, hansısa ukraynalı deputat durub desin ki, “Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması doğru deyil”. Belə açıqlama bizim xoşumuza gələr? BMT Rusiya ilə bağlı səsvermədə Azərbaycan duruma görə hərəkət etməlidir. Son qalmaqallarla bağlı Azərbaycan Rusiya ilə bağlı səsvermələrdə nə “lehinə”, nə də “əleyhinə” səs verməlidir. Azərbaycan səsvermədə ya neytral qalmalı, ya da heç səsvermədə iştirak etməməlidir. Biz nə Qərbdən, nə də Rusiyadan çəkindiyimizi ortaya qoymalıyıq. Nəbadə Qərbin əleyhinə Rusiyanın yerində yer alaq. Rusiyaya qonşu dövlətlər arasında bərabərhüquqlu tərəfdaşlar deyil, vassallar lazımdır".
“Yeni Müsavat”
Tarix: 19-03-2018, 08:40
-
Bu gün, 09:56
Rəcəb Babaşovun “unutduğu” Ağköynək kəndi - 1350 dollarlıq ayaqqabısını çamura bulamaq istəmir?
-
Bu gün, 09:21
Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
-
Bu gün, 08:51
Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
-
Bu gün, 08:51
Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
-
Bu gün, 08:06
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
-
Bu gün, 08:05
DİN RƏSMİSİNDƏN ŞOK XƏBƏRDARLIQ - “Cinayətkar qruplar profil və səhifə paylaşımlarınızı izləyir...”
-
Bu gün, 07:57
Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA
-
Bu gün, 07:55
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
-
Bu gün, 07:54
Bakıda bələdiyyə sədri RÜŞVƏT ALIB – Məhkəməsi başlayır
-
Bu gün, 07:52
“Qadına şiddət” alveri: kimlər həllini istəmir? – Dramatizm üzərindən biznes
-
Bu gün, 07:50
Bu borc Saleh Məmmədovun ayağındadır - FAKT BUDUR...
-
Bu gün, 07:49
AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ... - "Heç olmasa qulluğa görə verilən müavinət kəsilməsəydi..."
-
Dünən, 22:55
Bloqer və influenserlərə xəbərdarlıq – Cərimə olunacaqlar
-
Dünən, 21:54
“Starex” niyə müştərilərdən nağd ödənişləri qəbul etmir? – Nazirlik cərimələdi
-
Dünən, 21:52
Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur -SOSİOLOQ "OD PÜSKÜRDÜ"
-
Dünən, 21:51
İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi
-
Dünən, 21:49
Prokurorluq və DİN müsavatçının qətli ilə bağlı məlumat yaydı
-
Dünən, 17:46
“Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” - QAYIDIŞA HARAM QATANLAR...
-
Dünən, 16:13
Yeni Qars müqaviləsinə ehtiyac var? - Partiya sədrindən deputata cavab
-
Dünən, 16:10
Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...
-
Dünən, 12:53
Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf subsidiyalar…
-
Dünən, 12:52
“Nədir, mən də Nazim Gədəbəyskiyəm?” - Keçmiş deputatın MƏHKƏMƏSİ
-
Dünən, 12:42
Kanalizasiya sistemi yox, yollar bərbad: Hökməli sakinləri narazıdırlar - VİDEO
-
Dünən, 11:48
Çörəyin içərisindən taxta parçası ÇIXDI – “Binə” zavodu CƏZALANDIRILDI
-
Dünən, 11:34
Şirkət nümayəndəsi jurnalistə hücum etdi-VİDEO
-
Dünən, 11:30
"Bir-iki dəfə yolda hərəkət edən təzə avtomobil dağılır..." - NARAZILIQ
-
Dünən, 10:34
Zəmanəyə ayaq uydurub QİYMƏTLƏRİ QALDIRDI... - SANKİ ÇOX UCUZ İDİ...
-
Dünən, 09:37
Dünyanın ən bahalı pulları - Dollar 9-cu sırada...
-
Dünən, 09:27
"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT
-
Dünən, 09:25
Qafqazı silkələyən savaş: Kim ağır basır? - İNCƏLƏMƏ
{sape_links}{sape_article}