“Paşinyanın "DQR"in tərəf kimi iştirak etməsi şərti Ermənistana problem yaratdı”


“Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşündə iki ölkə arasında yaranan problemlər açıq şəkildə müzakirə edilməlidir”.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan parlamentində Daşnaksütyun fraksiyasının lideri Armen Rüstəmyan jurnalistlərlə söhbətində bildirib. A.Rüstəmyan bu görüşdən çox şey gözlədiklərini sözlərinə əlavə edib.

“İndi münasibətlərimizdə problemlər yarandığı barədə təşvişdoğurucu xəbərlər gəlir. Bu cür görüşlər məhz bunları üzə çıxarmaq və həll etmək üçündür. Ermənistanın Ruisya ilə strateji tərəfdaşlığı heç bir halda pozulmamalıdır”, daşnakların lideri qeyd edib.

Rüstəmyan görüş zamanı Qarabağ məsələsi ətrafında müzakirə aparmağın vacib olduğunu söyləyib: “Burada Ermənistanın münaqişə ilə əlaqədar mövqeyini dəqiq şəkildə bildiriməsi lazımdır. Ayrı-ayrı bəyanatlar ola bilər, lakin onların hamısını ümumi vahid məntiqlə təqdim etmək gərəkdir”.

A.Rüstəmyan Paşinyanın danışıqlarda qondarma “DQR”in də iştirak etməsi tələbinin onlara problem yaratdığını etiraf edib.

“Bu, Ermənistanın müzakirələrdən qaçmaq üçün bəhanə törətdiyi anlamına gəlməməlidir. Burada bizim (Ermənistan-red.) əsas vacib vəzifə yeni müharibənin qarşısını almaqdan ibarətdir”,- Armen Rüstəmyan bildirib.

 


Tarix: 8-09-2018, 09:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}