Rusiya üçün Azərbaycanın önəmi artır - TƏHLİL
Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə görüşmək üçün Berlinə getdi. Avqustun 25-i Merkel Azərbaycana gəldi. Prezident İlham Əliyevin isə sentiyabr ayının 1-də Rusiyaya səfəri reallaşdı. Bu üç rəsmi səfər arasında müəyyən mənada məntiqi bağlılıq var. Onların fonunda Prezident İlham Əliyevin Soçi səfəri xüsusi maraq doğurur.
Hazırda beynəlxalq münasibətləri yaxından izləyənlər fərqindədirlər ki, Rusiya rəhbərliyinin keçirdiyi bir çox siyasi görüşülər Moskvada deyil, məhz Soçidə baş tutur. Bu tendensiyanın əsasını Putin 2014-cü ildə Soçi Qış Olimpiya oyunlarının başlaması ilə qoydu. Cənab Prezidentin sentyabrın 1-də baş tutan Rusiya səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həmçinin yeni əməkdaşlıq xətlərinin ortaya çıxmasına xidmət edirdi. Sanksiyalarla qarşı-qarşıya qalan Moskva Azərbaycan kimi konstruktiv və düşünülmüş diplomatiya yürüdən tərəfdaş tapmaqda çətinlik çəkir. Hər halda, Azərbaycan Rusiyaya yanaşmada Ermənistandan fərqli olaraq, merkantil siyasət yürütmür.
İki ölkə arasında iqtisadi sahədə hər gün yeni əməkdaşlıq perspektivlərinin artdığı göz qabağındadır. İqtisadi sanksiyalarla çarpışan Rusiyanın hər bir rentabelli təkliflə razılaşması labüd hal almaqdadır. Rusiyanın Azərbaycana olan ehtiyacını son illərdə dünyada və regionda baş verən hadisələri incələməklə görmək mümkündür.
Rusiya Prezidentinin açıqlamasından da aydın görmək olurdu ki, Rusiya-Azərbaycan iqtisadi əlaqələri günbəgün dərinləşməkdədir. Başlıcası, ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiyanın neft-qaz şirkətləri ilə Azərbaycanın əlaqələrinin güclənməsi, əslində dar məqamda Azərbaycanın qonşusuna uzatdığı kömək əlidir. Əlbəttə, neft-qaz sektoru ilə bərabər, dərman, kənd təsərrüfatı, avtomobil zadovu və digər iqtisadi spektrlərdə Moskva ilə Bakı arasında münasibətlər möhkəmlənməkdədir.
Rusiya Prezidentinin Soçidəki çıxışının bəndlərinə diqqət etsək, görərik ki, hər iki ölkəni maraqlandıran aktual mövzulara toxulunub. Birinci diqqət çəkən nüans ondan ibarətdir ki, son illərdə keçmiş sovet ölkələrində rus dilinin sıxışdırılması Rusiyanı narahat etməyə bilməz. Bu məsələ son illərdə Rusiya üçün əsas mövzulardan birinə çevrilib. Putinin Rusiyada azərbaycanlı tələbələrin təhsil alması, onlara təqaüdlərin verilməsi, ümumiyyətlə, təhsil sahəsindəki ikili əməkdaşlığı xatırlatmasında bir çağırış vardı. Buna adekvat cavab olaraq, cənab Əliyev bildirdi ki, “Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir”.
İkinci diqqət çəkən faktor enerji sektorunda Rusiyanın Azərbaycana yönəlmiş əməkdaşlıq çağırışlarıdır. Əlbəttə ki, enerji sahəsində Rusiyaya tətbiq olunan embarqolar onu Avropa və ABŞ ilə yüksək səviyyədə münasibətlərə sahib Azərbaycan kimi etibarlı dost ölkəyə üz tutmağa vadar edir.
Bu mənada bir müddət əvvəl - avqust ayının 18-də Rusiya xarici işlər nazirliyinin verdiyi açıqlamanı yada salmaqda fayda var. Rusiya XİN bildirmişdi ki, Transxəzər kəmərinin çəkilməsi bütün Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır. Xəzərin hüquqi konvensiyasını xatırladan Rusiya bu məqama diqqət çəkməklə şübhəsiz ki, istəklərinin olduğuna eyham vururdu. Belə bir nəticə çıxır ki, Moskva Azərbaycandan təklif gözləyir. Hər halda, Soçidə prezidentlərin görüşündən sonra keçirilən mətbuat konfransında Putin enerji sektorunda əməkdaşlığa və işbirliyinin dərinləşməsinə əbəs yerə toxunmadı.
Bundan başqa, səfər çərçivəsində imzalanmış 16 sənədin təxminən 2-si məhz enerji sektorunda əməkdaşlıqla bağlıdır: “Qoşadaş blokunun və Xəzər Dənizinin dibinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının azsulu şimal hissəsinin neft və qaz potensialının birgə araşdırılması haqqında saziş” və “Rosneft” NŞ İSC ilə SOCAR Trading S.A. arasında müqavilə”.
Kompleks iqtisadi əlaqələrin yüksələn xəttlə inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizi, ikitərəfli ticarət dövriyyəsi, birbaşa kapital yatırılması, yeni iqtisadi projelərin işlənməsi və s. məsələlər onu göstərir ki, Rusiya ilə Azərbaycan arasındakı iqtisadi bağlar daha da bərkiməkdədir.
Üçüncü məqam ondadır ki, Azərbaycan Rusiyanın dünya birliyinin iqtisadi təzyiqlərilə üzləşdiyi vaxtda rus silahını nəğd pulla almaqla şimal qonşusuna fayda verir. Təbii ki, Rusiya bunu gözəl başa düşür. Prezident İlham Əliyevin də öz çıxışında bu nöqtəyə toxunması sözsüz ki, boşuna deyildi: “Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.
Moskva ilə Bakı arasında olan hazırkı əlaqələrin mənzərəsinə baxsaq, görərik ki, bir zamanlar Rusiyanın Azərbaycan üzərində daha böyük siyasi, iqtisadi, mədəni təsirləri var idisə, hazırkı geosiyasi reallıqlar fonunda Rusiyanın Azərbaycana olan ehtiyacı ciddi şəkildə artıb. Bütün bunları danmaq doğru olmazdı.
Tarix: 8-09-2018, 13:27
-
Bu gün, 09:18
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
-
Bu gün, 09:16
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? – Rəsmi AÇIQLAMA
-
Bu gün, 09:08
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılması 1 iyuldan sonra...– RƏSMİ AÇIQLAMA
-
Bu gün, 09:04
Deputat Ülvi Quliyevin 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
-
Bu gün, 08:53
Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır - NƏ ETMƏLİ?
-
Bu gün, 08:50
Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Bu gün, 07:43
Göyçay sakinləri AĞIR DURUMDA... - NARAZILIQ
-
Bu gün, 07:42
Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır
-
Bu gün, 07:42
Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 07:42
Qəssabın 17 minlik ətini alaraq restorana satdı, pulunu vermədi - MƏHKƏMƏ
-
Bu gün, 07:41
“ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”
-
Bu gün, 07:40
Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
-
Bu gün, 07:40
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI
-
Bu gün, 07:40
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
-
Bu gün, 07:40
Sumqayıtda məktəbdə 188 min manatlıq mənimsəmə - Cinayət işi açıldı
-
Bu gün, 07:40
"Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... - İŞ MƏHKƏMƏDƏDİR
-
Dünən, 23:13
Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
-
Dünən, 22:09
Klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - FOTOLAR
-
Dünən, 22:08
Lənkəranda 22 yaşlı tələbə Könülün qətlində şübhəli bilinən Elvin –FOTO
-
Dünən, 22:05
"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı
-
Dünən, 22:03
Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
-
Dünən, 22:01
Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR - TƏFƏRRÜAT
-
Dünən, 21:59
Qərbin "havası ilə oynayan" Ermənistan: - Rusiya Nikolu cəzalandırır
-
Dünən, 18:28
Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır - FAKT BUDUR!
-
Dünən, 18:23
Şok Şok Şok: Ucar xəstəxanasında xəstəni girov götürdülər-VİDEO
-
Dünən, 18:01
Dünya susur, Bakı dəstək verir: Yeni Kaledoniyadan Fransaya sərt sillə
-
Dünən, 16:53
Rayon rəhbəri Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
-
Dünən, 16:48
"Əli İnsanovun partiyası siyasi zibilxana idi" - Zəlimxan Məmmədlidən ağır ittihamlar - VİDEO
-
Dünən, 16:47
Husilər ABŞ-nin daha bir esminesinə hücum həyata keçirdilər
-
Dünən, 16:09
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Kəbirli kəndində keçirilib
{sape_links}{sape_article}