Ermənistanı Paşinyan yox, səfir idarə edir - TƏHLİL

                    ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Paşinyan hökumətini 2008-ci il 1 mart hadisələrini dəqiq və obyektiv araşdırmağa çağırıb. Eyni zamanda, amerikalı diplomat Ermənistan hökumətini Rusiya rəsmilərinin çağırışlarına açıq reaksiya verməyə səsləyib. Səfir Milz “məxməri inqilab”dan sonra faktiki olaraq, Ermənistanın siyasətini müəyyənləşdirən əsas şəxsə çevrilib. Hətta bəzi siyasi müşahidəçilər hazırda Ermənistanı Riçard Milzin idarə etdiyinə dair rəylər irəli sürür. Bu da səbəbsiz deyil. Serj Sarkisyanın devrilməsindən sonra yerli mediada Ermənistanda inqilabi dəyişikliyin vacibliyinə dair təklifin ABŞ Dövlət Departamentini və xüsusi xidmət orqanlarına məhz səfir Milz tərəfindən verildiyi barədə məlumat yer almışdı. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın MDB məkanında ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Səfirlik işçilərinin altı min nəfər təşkil etdiyi bildirilir. Yəni bu, diplomatik və kəşfiyyat baxımından regional mərkəz rolunu oynayır. Belə bir mərkəzin təbii ki, Ermənistan siyasətinə təsiri zəif ola bilməz.

Robert Koçaryanın və Serj Sarkisyanın prezidentiliyi dövründə Ermənistanın dövlət siyasəti daha çox Rusiya tərəfindən müəyənləşdirilirdisə, indi bu nəzarət mexanizmlərinin ABŞ-ın əlinə keçdiyini söyləmək olar. Səfir Riçard Milz ölkədə baş verən siyasi proseslərə tez-tez reaksiya verir, Paşinyanı istiqamətləndirir. Yəni Ermənistan bir böyük qardaşın himayəsi altından digərinin qanadı altına sığınmağa başlayıb. 

Politoloq Arzu Nağıyev hesab edir ki, ABŞ-ın Ermənistan üzərində daim təsiri olub. Bu günkü görüntülər isə bu fəaliyyətin məxfi saxlanıldığını göstərir. Eyni zamanda, Rusiyanın vassal olan Ermənistan Kremlin icazəsi olmadan siyasi addım ata bilməz:

“Son vaxtlar belə ikili siyasətin aparılması həm Rusiya, həm də Qərb üçün bir mesajdır. Sadəcə onu misal çəkmək yetər ki, regiondakı ABŞ səfirlkləri arasında ən çox heyət malik ölkə Ermənistandır. Amerika buradan İrana qarşı diplomatik və kəşfiyyat xarakterli işlər aparıb. Bu həm Koçaryanın, həm də Sarkisyanın prezidentliyi dövründə olub.

Lakin son vaxtlar ABŞ səfirinin daha tez-tez görünməsi düşünürəm ki, Rusiyaya icmarıc məqsədi daşıyır. Ermənistanda həm də Qərbin maliyyə fondlarından yardım alan ictimai təşkilatların sayı da artmaqdadır. Bu da Rusiyanı qıcıqlandırmaya bilməz. Bir müddət əvvəl Rusiyanın Gümrüdəki hərbi bazadan qoşunları çıxararaq atəş açması, Paşinyanın ərazidən Rusiya sərhədçilərini çıxaracağına dair bəyanatından sonra atılan addımlar həm kütlə, həm də qaşıdan gələn seçkilər üçün nəzərdə tutulub. Bundan başqa, “Metsamor” AES-in bağlanılması, yaxud onun istismar müddətinin Rusiya tərəfindən həyata keçirilməsi təklifi irəli sürülmüşdü.

Bütün bunlar hamısı siyasi gedişlərdir, vəsait əldə etməyə xidmət edir. Ermənistanı gah Qərbyönümlü, gah da Rusiyayönümlü göstərmək ortaq məxrəcə gəlmək və seçkilərdə bu istiqamətdə getmək məqsədi daşıyır. Qərbin Paşinyanın qarşısında qoyduğu tələblərdən biri 2008-ci ildə mitinqin gülləbaran edilməsində günahı olan şəxslərin müəyyən edilib həbs olunmasıdır. Xaçaturovun, Koçaryanın həbsi də bununla bağlı idi. İndi isə ona Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi qismində üzv olması söhbətlərini aydınlaşdırmaq üçün Rusiya prezidenti ilə görüş lazımdır.

Bu, tərəflər arasında kulminasiya görüşü ola bilər. Moskva danışıqlarından sonra Paşinyan ya Qərblə, ya da Rusiya ilə işləməyə hazır olduğunu bəyan etməlidir. Son vaxtlar oliqarxların, Robert Koçaryan həbsi göstərir ki, Paşinyana ciddi təzyiqlər ola bilər. Sadəcə olaraq, ABŞ yaranmış vziyyətdən istifadə edərək nüfuzunu artırmağa çalışacaq. Çünki ABŞ-la Rusiya arasında regional rəqabət gedir. Paşinyan da özünü Qərbyönümlü göstərməklə seçkilərdə bu amildən yararlanmağa çalışacaq”.

Cebhe.info
 
Tarix: 8-09-2018, 22:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}