«ABŞ dialoq qurmaq cəhdləri göstərir» - İran Prezidenti

  İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) İranla danışıqlar aparmaq üçün müntəzəm olaraq, elçilər göndərir.
Onun sözlərinə görə, Vaşinqton ikili davranış nümayiş etdirir və «sui-qəsd» barədə düşünərkən, dialoq yaratmağa ümid edir.
«Ağ evin idarəçiləri bir tərəfdən, İran xalqıa qarşı sui-qəsd barədə düşünür, digər tərəfdən isə danışıqlar aparmaq üçün daim öz elçilərini göndərir» – deyə, Ruhani İranın dövlət qulluqçuları qarşısındakı çıxışı zamanı bildirib.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Ruhani ilə Birləşmiş Millətlər Təşkilatı Baş Asambleyasının (BMT BA) sentyardakı iclası çərçivəsində görüşməyə hazır olduğunu bildirmişdi.
İran isə öz növbəsində, hesab edir ki, danışıqlar mümkün deyil. Belə ki, ABŞ «özünü aqressiv aparır» və bundan əvvəlki bütün sazişlərin faydasını minimuma endirib.                                                                                                                                         «AzPolitika.info»
Tarix: 8-09-2018, 23:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}