Ruben Mehrabyan: "Ermənistan Suriyaya ordu göndərsə, sanksiyalara məruz qalacaq"


“Erməni hərbçilərinin Suriyaya Rusiya bayrağı altında göndərilməsi Ermənistanın Qərblə münasibətlərini daha da pisləşdirəcək”.

Musavat.com xəbər verir ki bu sözləri erməni politoloqu Ruben Mehrabyan 1-ci informasiya saytına verdiyi müsahibədə söyləyib.

Onun sözlərinə görə, bu hadisələrin ən arzuolunmaz inkişafı ola bilər.

“Rusiya hərbçiləri və ümumiyyətlə, Rusiyanın özü qəssab Əsədi müdafiə edir və onun Suriyadakı hərbi cinayətlərinə ortaqdırlar. Erməni əsgərlərinin Suriyada ruslarla çiyin-çiyinə durması Ermənistanı bütün dünyanın gözündən salacaq. İkincisi bu İrəvanın Qərblə münasibətlərinin korlanmasına gətirib çıxaracaq. Əgər Ermənistan Suriyada iştirak etmək istəyirsə, bunu yalnız beynəlxalq mandat əsasında həyata keçirməlidir, daha Rusiyanın özbaşınalığı çərçivəsində yox...”, -R.Mehrabyan deyib.

Ruben Mehrabyan hadisələrin tərs yöndə inkişafı nəticəsində Ermənistanı sanksiyalarla üzləşə biləcəyini sözlərinə əlavə edib. Bundan başqa, o, sünni ərəb ölkələrində erməni icmalarının da olduğunu xatırladaraq son gəlişmənin onlar üçün də problemlər yaradacağını qeyd edib.

Ermənistanın “Norvank” siyasi araşdırmalar fondunun rəhbəri Karen Veranyan isə tam əks fikirdədir.

O, erməni əsgərlərinin Rusiya bayrağı altında olmasının “köhnə ənənələrin davamı” kimi qiymətləndirib. Veranyan Ermənistan hərbçilərinin yalnız minaxtaran, həkim kimi yardımçı funksiyası rolunu oynayacağını deyərək, onlara heç bir təhidid yaranmayacağını iddia edib.

Tarix: 11-09-2018, 14:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}