İqtisadi, yoxsa hərbi ittifaq? - İranı hansı daha tez "çökdürəcək"?


İqtisadi, yoxsa hərbi ittifaq? - İranı hansı daha tez "çökdürəcək"?

İranda iqtisadi vəziyyətin günü-gündən pisləşməsi fonunda rəsmi Tehrana qarşı daha bir təzyiq forması gündəmə gəlməkdədir. Belə ki, uzun zamandır Qərb ölkələri, xüsusən də ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar rəsmi Vaşinqtonu heç də qane etmir. Bu səbəbdən ekspertlər hesab edir ki, ABŞ yaxın zamanlarda iqtisadi sanksiyaların üzərinə başqalarını da əlavə edə bilər. Dünya siyasətçiləri Tehrana qarşı yeni təzyiq formasının hərbi obyektlərin vurulması və ya hərbi sanksiyalar ola biləcəyini ehtimal edirlər. 

Ehtimalların doğruluğuna şübhə ilə yanaşan politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında İrana qarşı hərbi sanksiyaları inandırıcı hesab etmədiyini qeyd etdi. Q. Hüseynli bildirdi ki, yaxın zamanlarda İrana qarşı Qərb başqa bir addım ata bilər: 

"İrana qarşı iqtisadi sanksiyaların növbəti dalğası noyabrda olacaq. Bununla yanaşı İranın neft ixracatına veto qoyulması məsələsi gündəmə gəlir. Beləliklə də İranın əsas maliyyə dayaqlarının bu formada dayandırılması gözlənilir. Tehranın neft ixracına veto qoyulmadan İranın siyasətində korrektə edəcəyi gözlənilmir. Bəlkə bu veto İranı az da olsa bəzi siyasətində dəyişiklik etməyə məcbur edər. Bilirsizki, İranda sosial vəziyyət hər ötən gün daha da pisləşir. Bu fonda əgər İrana qarşı hərbi sanksiyalar məsələsi gündəmə gələcəksə, bunun günahının tək səbəbkarı da, elə Tehran rejimin özü olacaq".

İran Rusiyanın təsiri ilə hərəkət edir deyən politoloq hesab edir ki, Tehran rejiminin  Suriyadakı hadisələrdə fəal iştirak etməsi, özünün şiə məshəbini regionda yaymaq istəyini davam etdirməsi, İraqda və Yəməndə vəziyyəti qarışdırması bunu açıq göstərir:

"Hesab edirəm ki, İran başını aşağı salıb öz daxili işləri ilə məşğul olsa doğurdan da, Qərb dövlətləri Tehranın üzərinə düşməz. İranın özü xaricə inqilab ixracı ilə məşğuldur. Aralıq dənizinə çıxmaq strategiyası həyata keçirən bu nöqteyi nəzərdən bu dəqiqə dünya üçün ciddi baş ağrısına çevrilir. Ona görə də, zənnimcə İranda hərbi obyektlərin vurulması ciddi formada gündəmə gələ bilər. Bu məsələni ən çox istəyən isə təbii ki, İsraildir. ABŞ da, İsrailə bu siyasətdə dəstək verir. İsrailin bunu istəməsi də, səbəbsiz deyil. Çünki İran hələ də, gizli yolla uranın saflaşdırılmasını davam etdirir. Bütün bunlar göstərir ki, yaxın gələcəkdə İranın hərbi potensialının məhv edilməsi üçün hərbi üsullara əl atılması dəqiqləşə bilər. Bir sözlə İranda siyasi rejim getməyənədək Tehrana qarşı hərbi sanksiyaların tətbiq olunması aktual olaraq qalacaq".

Elmir Murad

Tarix: 12-09-2018, 13:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}