ABŞ Türkiyəni dayandıra bilmədi - DÜNYA NƏHƏNGLƏRİNİN ORTAQ QƏRARI

 Amerikanın 30 şirkəti Türkiyəyə investisiya qoymağa davam edəcək
Siam.az  xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan tərəfindən qəbul edilən, mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən Pepsi, Coca Cola, Boeing, Google və Microsoft şirkətlərinin nümayəndələri Türkiyə iqtisadiyyatına güvəndiklərini bildiriblər. Türkiyəyə investisiya qoyuluşuna davam edəcəklərini bildirən amerikalı nəhənglərin nümayəndələri bildiriblər: “Türkiyəni regionun mərkəzi ölkəsi kimi görürük, sərmayə qoymağa davam edəcəyik. Türkiyə ilə ABŞ arasında güclü iqtisadi və ticari əlaqələr var. Bu məsələdə Türkiyəyə güvənirik. İki ölkə arasındakı siyasi və diplomatik gərginliklər əvvəlcə iqtisadiyyata və bizlərə zərər verir. İnvestorlar və iş dünyasının üzvləri kimi bunların olmasını arzu etmirik. Bu cür hadisələrdən zərər görməmək üçün hər iki tərəf üzərinə düşən vəzifəni yerinə yetməyə çalışmalıdır”.
Prezident R.T.Ərdoğan ABŞ-a qarşı görülən tədbirlərin iş dünyasına zərər verməməsinə diqqət edildiyini vurğulayıb.
Hurriyyet.org
Tarix: 21-09-2018, 16:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}