Bələdiyyə seçkilərinə 54 milyon manat xərclənəcək


19 ildə Azərbaycanda bələdiyyə institutu özünü doğrulda bilibmi?

Azərbaycanda gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.

2019-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub. 2019-cu ilin büdcə zərfi Milli Məclisin noyabrın 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.

İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.

Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər bələdiyyə üzvü seçilə bilməzlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Bələdiyyələrə seçkiləri Azərbaycan Respublikasının prezidenti təyin edir. Bələdiyyələrin səlahiyyətlərinin qurtarmasına ən geci 120 gün qalmış yeni seçkilər təyin edilir.

Qanuna uyğun olaraq majoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;

500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;

1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;

5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;

10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;

20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;

50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;

100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Seçki komissiyalarının işi üçün qeyri-dövlət təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir. Azərbaycan dövlət büdcəsi və bələdiyyə büdcəsinin vəsaitlərindən sözügedən qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat aparmaq üçün istifadə oluna bilməz.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə institutunun yaranmasının gələn il 20 ili tamam olur. İlk bələdiyyə seçkisi 1999-cu ilin dekabrında keçirilib. Bəs bu idarəetmə institutu özünü doğrulda bilibmi?

Özünü doğrulda bilməyibsə, dövlət büdcəsinin 60 milyon manata yaxın vəsaitinin bələdiyyə seçkilərinə ayrılmasına ehtiyac varmı? Həmin vəsaitin bir qisminin seçkidə iştirak edən namizədlərə və ya təşkilatlara verilməsi daha səmərəli olarmı?

VÄ°P sÉdri Æliyev ile ilgili görsel sonucu

VİP sədri Əliyev bildirdi ki, bələdiyyələrin statusları qeyri-müəyyən olduğundan onlara maraq geniş deyil. Amma bütün normal dövlətlərdə bələdiyyələrə seçkilər əsas seçkilərdir. Məsələn, Almaniyada yerli seçkilərin nəticələri Bundestaqın tərkibini əvvəldən proqnoz etməyə əsas verir. Eləcə də Türkiyə, Britaniya və digər inkişaf etmiş siyasi sistemi olan dövlətlərdə bu cürdür. Azərbaycanda bələdiyyələrin səlahiyyətləri maksimum məhduddur.

Əslində bələdiyyələr özünüidarə qurumları olsa da, yerli icra hakimiyyətlərinin əsas vəsiləsidir: “Bələdiyyələr vətəndaş təşəbbüsünün ortaya çıxması, töhfə verməsi üçün ən münasib institutdur. Hazırda bələdiyyələrin təkcə səlahiyyətləri deyil, həm də strukturu yanlışdır. Belə ki böyük şəhərlərdə bələdiyyələrin nəzərdə tutulmaması da siyasi məqsədlərdən irəli gəlir. Ən azı qeyd etdiyim səbəblərdən cəmiyyətdə və siyasi partiyalarda bələdiyyə seçkilərinə həvəsin böyük olmadığı hər kəsə bəllidir.  Həvəsi həm də seçki prosesinin özü azaldır. İki faktorun çuğlaşması seçkiyə yekun münasibəti formalaşdırır. Biz müxalifət partiyası olaraq bələdiyyə seçkilərində iştirak edib-etməmək məsələsini gələn il müzakirə edəcəyik. Açığı, bu müzakirənin nəticəsinin necə olacağı haqqında mülahizə yürüdə bilmirəm”.

Partiya sədri qeyd etdi ki, bələdiyyə seçkiləri miqyasına görə ən çox vəsait xərclənən seçkidir. Əslində seçkidə iştirak edən qüvvələrə həmin vəsaitdən ayrılmadığı üçün 54 milyon manat bələdiyyə seçkiləri üçün həddən artıq çoxdur:“Həmin vəsaitin qismən namizədlərin kampaniyasına yönəldilməsi siyasətə və seçkiyə marağı artıra bilər”.(“Yeni Müsavat”)


Tarix: 26-10-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}