Boltonun Bakı mesajları Azərbaycana verilən dəyəri göstərir – ekspertlər

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri İrəvanda “Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir” deyib

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri  Con Boltonun Bakı səfəri yaddaqalan oldu. Müşavir səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirdi.

Artıq məlumdur ki, Con Boltonun Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla apardığı danışıqlarda əsas mövzusu regional problemlər, Qarabağ münaqişəsi və İran məsələsi olub. Bütün bunlar bir sıra müzakirələr yaradıb. Xüsusilə demokratiya və insan haqları məsələlərinə Amerika rəsmisinin bir o qədər diqqət ayırmaması, müxalifət düşərgəsindən heç kimlə görüşməməsi yönündə müxtəlif fikirlər səslənir. Əvəzində Dağlıq Qarabağ mövzusunun səfər zamanı əsas müzakirələrdən birinə çevrilməsinin ölkəmiz üçün önəm daşıdığı vurğulanır.

Politoloq Elçin Mirzəbəyli Trampın köməkçisinin Azərbaycan səfərini bu cür şərh etdi: “Con Bolton ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri kimi Birləşmiş Ştatların idarəetmə sistemi üçün olduqca strateji əhəmiyyət daşıyan bir postu tutmaqla yanaşı, həm də dünya miqyasında olduqca nüfuzlu siyasət adamı kimi qəbul edilir. Bu baxımdan onun ölkəmizə səfəri və Azərbaycan-ABŞ münasibətləri ilə bağlı verdiyi mesajlar mühüm əhəmiyyətə malikdir. Boltonun istər Bakıda keçirdiyi görüşlər, istər mətbuat konfransı, istərsə də ölkəmizə səfəri ilə bağlı verdiyi müsahibələrdə bir neçə önəmli məqama diqqət çəkmək lazımdır: o, ABŞ-ın Azərbaycanla münasibətlərinin çox mühüm və strateji xarakter daşıdığını bildirir. Bu, Birləşmiş Ştatların Azərbaycanın regional və qlobal proselərdəki iştirakına verdiyi yüksək dəyər kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha birmənalı və açıq bəyanatlar verir, ölkəsinin problemin tezliklə həllini arzuladığını bildirir.

Politoloq Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

Burada ”həll olunmalıdır" kimi ümumi sözlər yoxdur, “ABŞ istəyir” kimi birmənalı münasibət var. Digər məqam Azərbaycanın geosiyasi mövqeyi ilə bağlıdır. Bolton İran və Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini deyir və eyni zamanda bildirir ki, ABŞ Azərbaycanın mövqeyini başa düşür və elə edəcək ki, bütün bunlardan Azərbaycan zərər görməsin. Bu, olduqca mühüm bir məqamdır və o anlama gəlir ki, ABŞ kimi qlobal güc Azərbaycanın regionda yürütdüyü siyasətin mahiyyətini başa düşür və qəbul edir. Düşünürəm ki, bu, ölkəmizin yürütdüyü müstəqil siyasətə, Azərbaycanın milli maraqlarına Birləşmiş Ştatların sayğı ilə yanaşmasının ifadəsidir. 907-ci düzəlişə gəldikdə isə, prinsip etibarı ilə Trampdan öncə də ABŞ prezidentləri bu düzəlişin tətbiqinin dayandırılması istiqamətində qərarlar veriblər. Buna baxmayaraq, Boltonun bu açıqlaması da iki ölkə arasındakı münasibətlərin normal səviyyədə inkişaf etdiyini nümayiş etdirir".

ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli ABŞ-ın yüksək ranqlı siyasətçilərinin nadir hallarda Azərbaycana səfər etdiyini xatırlatdı: “Təbii ki, belə səfərlər Azərbaycan kimi ölkələr üçün əhəmiyyət kəsb edir. Bu səfər ilk öncə onu göstərdi ki, ABŞ Azərbaycana regional tərəfdaş gözü ilə baxır. Bolton da açıqlamalarında bir daha bunu göstərdi. Demokratiya mövzusu Azərbaycanla münasibətlərdə ABŞ üçün prioritet məsələ deyil. Burada da təəccüblü heç nə yoxdur. Qərb üçün maraqlar həmişə müdafiə etdiyi dəyərlərdən üstün olub. Əsasən də müsəlman ölkələri ilə münasibətlərdə bu belədir. Qərbin yüksək çinli məmurları Azərbaycana səfər zamanı yerli müxalifət nümayəndələri ilə görüşmürlər. Məsələn, Gürcüstan, Ermənistan müxalifəti ilə görüşürlər, amma Azərbaycan müxalifəti ilə görüşmürlər. Azərbaycanın qərbyönlü müxalifətinə gəldikdə, bunlar 25 ildir Qərbə yaltaqlanır, lakin bu illər ərzində Qərb də bunları heçə almır. Bolton Azərbaycana nə azadlıqların bərpası üçün, nə də müxalifət camiəsində kiminləsə görüşmək üçün gəlmişdi. O, bura Amerikanın strateji maraqlarını qorumaq üçün gəlmişdi. ABŞ-a Azərbaycan strateji mövqeyinə, İrana görə, dünyəvi müsəlman ölkəsi olduğuna və İsraillə sıx münasibətləri üçün lazımdır. Bütün bunları Amerika demokratiyaya dəyişən deyil. Onlar həmişə sülh yolu ilə münaqişənin həllindən danışırlar.

Qarabağın işğalı Azərbaycan və Türkiyədən başqa heç kəsin vecinə deyil. Amerika üçün əsas regiondakı maraqlarıdır və bu maraqlara Azərbaycanla Ermənistan arasında müharibə daxil deyil. Qarabağ məsələsində indiki status-kvo Azərbaycandan başqa hər kəsə sərf edir. Ona görə Boltonun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı açıqlamasında təəccüblü heç nə yoxdur. Onun  907-ci düzəlişlə, ümumiyyətlə, Qarabağ problemi ilə bağlı açıqlamalarını yaxşı kimi dəyərləndirməyək. Qarabağ məsələsini artıq ancaq müharibə yolu ilə Azərbaycan dəyərləndirməlidir. Boltonun Ermənistana səfəri aşağı-yuxarı Azərbaycan səfəri səviyyəsində olacaq. Strateji baxımdan Azərbaycan Amerika üçün daha əhəmiyyətli ölkədir. Qarabağ məsələsində ola bilsin ki, Bolton reallıqları rəsmi İrəvana çatdırsın. Reallıqların çatdırılması da o ola bilər ki, Ermənistan müharibə ritorikasından əl çəkib güzəştlərə getməlidir. Azərbaycan Amerika üçün Ermənistandan daha önəmli ölkədir. Azərbaycanın strateji, geopolitik önəmi Ermənistanla müqayisə olunmaz. Bu baxımdan heç şübhəsiz ki, Azərbaycan Qərb üçün daha vacib ölkədir. Qarabağ münaqişəsinin həllində bu səfər yalnız Ermənistanın hansısa güzəştlərə getməsi töhfəsini verər. Bu da Ermənistanda seçkilər öncəsi mümkünsüz görünür”.

“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri özləri nizamlamaya gəlib çıxmalıdır”.

Virtualaz.org xəbər verir ki, bunu İrəvanda keçirdiyi mətbuat konfransında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

“Problemin həlli çox mürəkkəbdir. Əgər asan olsaydı münaqişə çoxdan nizamlanardı. Mən bura ona görə gəlməmişəm ki, Amerikanın siyasətində hansısa dəyişikliyi elan edib və ya yeni həll yolu təklif edim. Tərəflər bir-biriləri ilə işləməlidir. Və tərəflər özləri həll yolunu tapmalıdır” - Bolton bildirib

Amerika administrasiyasının təmsilçisi deyib ki, onun keçmiş rəislərindən biri-keçmiş dövlət katibi Ceyms Beyker uzunmüddətli beynəlxalq münaqişələrdən biri haqda danışarkən demişdi: “Heç kim sülhü tərəflərdən çox arzulamır”.

Bolton bu sitatı xatırladıb və deyib ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir.

ABŞ prezidentinin müşavirinin bildirdiyinə görə, əgər Nikol Paşinyan parlament seçkilərində qalib gəlsə, bu, Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlara getmək baxımından yaxşı imkan yaradacaq. “Və biz də bu istiqamətdə işləməliyik ki, Azərbaycan tərəfdən də müvafiq reaksiya olsun” - o bildirib.(“Yeni Müsavat”)


Tarix: 26-10-2018, 08:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}