Paşinyanın qələbəsi həmdə Rusiya üzərində qələbədir


44 günlük 2-ci Qarabağ müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə yanaşı Ermənistanı və ermənilərin özünün xilası kimi onların milli düşüncə tərzini dəyişdirdi. Müharibədə uduzan və kapitulyasiya aktına imza atan Paşinyanın Ermənistanda keçirilən seçkilərdə 50%-dən çox səs toplayaraq qalib çıxması sözün əsl mənasında məhz Ermənistan ermənilərin Azərbaycana, Türkiyəyə və ümumən türklərə qarşı nifrətə, müharibəyə son vermək istəyinin nəticəsidir. Təbii ki, bu seçkidə uduzan Koçaryan Rusiyanın məğlubiyyətidir. Ancaq, bu o demək deyil ki, Rusiyanın Ermənistana təsir gücü olmayacaq. Sözsüz ki, Rusiya Ermənistanda güclü siyasi, hərbi və iqtisadi təsirə malikdir və qərbyönümlü Paşinyanın siyasətinin davamı Rusiyanın Ermənistandan üzülüşməyə gətirə bilməyəcək. Ancaq Rusiyanın Ermənistanda təsir gücü məqsədyönlü zəiflədiləcək. Hər bir halda Rusiya mövcud siyasi vəziyyətdə regionda mövcudluğunu qoruya biləcək.
Paşinyan hakimiyyətinin, əgər heç bir fövqəladə və fors-major hadisə olmasa onun ölkə daxilində nüfuzu artacaq, iqtisadi və sosial vəziyyətin normallaşması baş verəcək. Regionda erməni dövlətinin qonşu dövlətlərlə siyasi, diplomatik, hətta iqtisadi və paralel olaraq infrastruktur əlaqələrin qurulacağı mümkün görünür. Təbii ki, Paşinyanın qələbəsindən sonra Rusiya Paşinyan hakimiyyəti ilə hesablı və “hörmətlə” əlaqələrini quracaq, necə deyərlər “nazı ilə oynamağa” məcbur olacaq.
Ermənilər Qafqaza gətirilib və onlara dövlət qurulduqdan bu yana iki yüz il içində bəlkə də ilk dəfə düzgün seçim edib, türk etnosuna qarşı düşmənçiliyinin mənasız, xeyirsiz və tarixdə əldə etdikləri yeganə erməni dövlətlətinin yaşaması üçün təhlükəli olduğunu anladılar.
Vüqar Dadaşov
MCP Siyasi Şurasının üzvü, hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 21-06-2021, 21:59




Xəbər lenti