Qonşulara həsədlə baxan Azərbaycan



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Sınıq-salxaq hasarının kimisə üstündən, kimisə də elə sınıq taxtaların deşiyindən qonşusunun cah-cəlalına baxıb həsəddən yanıb-yaxılan yazıq qonşulara dönmüşük.
Gürcüstanda da iqtidar da var, müxalifət də, aralarında münasibətlər də bir-birini qəbul etməkdən bir-birinə düşmən olmağa qədər çox spektrlidir. Qamsaxurdiya dövründə vətəndaş müharıbəsindən keçiblər, Saakaşvili dönəmində rus ordusunun təcavüzünə məruz qalıblar.
Ermənistan da parlament gülləbaranından keçib, təzəcə 30 ildən artıqdır apardıqları müharibədə acınacaqlı məğlubiyyətə düçar olublar, hələ heç ölülərini sayıb qurtarmayıblar. O müharibədə ki, orada qələbənin naminə özlərini tam izolə edilmiş vəziyyətə salıblar, bütün regional proyektlərdən, persrektivlərdən kənarda qoyublar.
Amma hər ikisi, dost qonşumuz da, düşmən qonşu da işığı seçiblər, sivil yaşam tərzini hədəfləyiblər, gələcəyi feodalizm bataqlığında deyil, ədalətli cəmiyyət quruculuğunda görüblər. Heç birinin də eil bir pulu-parası yoxdur, kasıbdırlar. Amma kasıb olsalar da, İlham Əliyevin dediyindən fərqli olaraq ağılları var.
Hər bir xalqı siyasi açılıma, iqtisadi rifaha aparan, onu dinamik, passionar bir gücə çevirən onun siyasi istiblişmentidir. Müstəqillik əldə edəndən bu günə kimi həm Gürcüstanda, həm də Ermənistanda siyasi elita bir-birini qırsa da, oğurluq etsə də, korrupsiyaya bulaşsa da öz xalqlarına qənim kəsilməyiblər, millətləri ilə düşmənçilik etməyiblər. Onları bir-birinə düşmən edən sevdikləri millətlətinin gələcəyi ilə bağlı yol fərqləri olub. Öz xalqlarının toplaşmaq, etiraz etmək hüququnu tanıyıblar, onların iradəsinə, seçki hüququna hörmət ediblər.
Xalqlar isə toplum olaraq müdrik olurlar, yol ayrıclarında həmişə düzgün seçim etməyi bacarırlar. Necə ki dünən erməni xalqı seçərək Köçəryanın yeni müharibə dalanına girmədi, Paşinyanın indiki dalandan çıxmaq ümidlərinə qoşuldu.
Acı bir həsədlə deyirəm, sağ əlləri bizim başımıza.
Tarix: 22-06-2021, 08:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}