Paşinyanın "iki erməni dövləti" fikri nəyə hesablanıb? - Deputat


"Ermənistan baş nazirinin növbəti belə məsuliyyətsiz bəyanatla çıxış etməsi iki amildən qaynaqlanır. Bu, ilk növbədə Paşinyanın səriştəsiz, səbatsız siyasətçi olması ilə bağlıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edən Ermənistan baş naziri Nikol Paşinyanın bununla yanaşı, separatçı bəyanatlar səsləndirməkdə davam etməsinə münasibət bildirərkən deyib: 

"Paşinyanın bu fikirləri əsasən də daxili auditoriyaya ünvanlanıb. Ermənistan məğlub ovqatındadır. Ermənilər psixoloji baxımdan ciddi sarsıntı keçirib. Pandemiya bitəndən sonra ermənilər kütləvi şəkildə ölkəni tərk edib gedəcək. Son 30 ildə onlar onsuz da ölkəni tərk edib gedirdi. Məğlub vəziyyətdə sərhədlərin açılması fonunda isə daha çox erməni ölkədən gedəcək. Bu səbəbdəndir ki, hökumət qadınları da hərbi xidmətə çağırmaq qərarına gəlib”. 
Həmsöhbətimiz Paşinyanı ziddiyyətli və qeyri-ciddi siyasətçi kimi xarakterizə edib: 
"Günün yarısında bir fikir səsləndirir¸, elə həmin gün də əvvəlki fikirlərini təkzib edən başqa fikir bildirir. Onu bu cür tanıyırlar. Paşinyan "müstəqillik” günündə də absurd, utopik, məsuliyyətsiz bəyanatlar səsləndirib. O, iki dövlətdən danışır, Ermənistanın adını çəkməklə yanaşı, "Arsax” dövləti adını da çəkir. Paşinyan vaxtilə də "Qarabağ Ermənistandır” demişdi. Sonra isə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Həmçinin o, müdafiə nazirlərinin diliylə yeni torpaqlar uğrunda yeni müharibəyə başladıqlarını da bəyan etmişdi. Yeni müharibəyə başlasalar da, nəticədə darmadağın oldular. 
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ermənistana əməkdaşlıq təklifi edilib. Amma bu masa üzərində əbədi qalan deyil. Azərbaycan cavab gözləyir. Hər şey Ermənistanın tutacağı mövqedən asılı olacaq. "Dəmir yumruğu” heç zaman yaddan çıxarmasınlar”.

Qeyd edək ki, Ermənistan baş naziri bu günlərdə erməni cəmiyyətinə ünvanlanan fikirlər səsləndirib. Burada o, Qarabağı ikinci erməni dövləti kimi qeyd edib: "Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik və buna borcluyuq. Qəhrəmanlar Ermənistan və Qarabağa görə can verdilər. Nə qədər ki, iki erməni dövləti yaşayır, bizim qəhrəmanlar da yaşayır. Nə qədər ki, Qarabağ və Ermənistan dövlətləri inkişaf edir, onların ölümləri əbəs olmayıb".




Tarix: 23-09-2021, 08:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}